Lavrovun Minskdə verdiyi bəyanatlar hələ müzakirə olunur. Fikirlərindən biri bu idi ki, Azərbaycanla Ermənistanın mənafelərinin arasında balanslı qərar olmalıdır...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Lavrov bu balansı Ukrayna ilə Rusiya arasında görəsən niyə yaratmır? Orada yarada bilmirsə, bəs bizimlə Ermənistanın arasında yaratmaq eşqinə niyə düşüb?
Balans yaratmaq asan və mümkündürsə, öz prezidenti Putinin "Rusiyada 2 minə qədər belə konflikt var" deyərək nəzərdə tutduğu nöqtələrdə niyə balans yaratmır?
1988-ci ildən indiyə qədər bu 35 ildə Azərbaycanla Ermənistan arasında Rusiyanın balans yaratmasına nə və kim mane oldu?
Maraq və prinsiplərin kəskin kontrastı şəraitində balans mümkündürsə, сənab Lavrov nə əcəb Rusiya ilə NATO-nu balansa gətirə bilmir?..
UMAC OVMAQ OLAR, ANCAQ GƏRƏK ƏVVƏLCƏ ƏRİŞTƏ KƏSMƏYİ BİLƏSƏN...
Lavrovun bizim bu müdrik məsəldən xəbəri olmamış olmaz...
Tahir TAĞIYEV