Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana təşəkkür edib. Ukrayna Prezidenti belə bəyanatla Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Seymur Mərdəliyevin etimadnaməsini qəbul edərkən səsləndirib. Ukraynanın Prezident Ofisinin saytında yer alan məlumatda deyilir ki, səfir Seymur Mərdəliyevi Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Volodimir Zelenski Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, - deyə dövlət başçısı vurğulayıb. Ukrayna Prezidenti, həmçinin Rusiyanın təcavüzündən əziyyət çəkən ukraynalıların Azərbaycanda səmimi qəbuluna görə təşəkkür edib.
Mətləb