Ermənistanda “Şərəf duyuram” fraksiyasının rəhbəri Hayk Mamicanyan xalqı baş nazir Nikol Paşinyanı devirməyə çağırıb. O, müxalifətin “küçə döyüşlərinə” hazırlaşdığını bildirib.
Təfərrüatları açıqlamayaraq, sadəcə vaxtın daraldığını vurğulayan müxalifət lideri xalqın birləşərək Paşinyanı devirə biləcəyinə əminliyini ifadə edib.