çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Ermənistan davamlı təxribatları ilə açıq-aşkar sülhə təhdid yaradır” - Vüqar Rəhimzadə

Image


Artıq iki ildən çoxdur ki, Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif edib. Eyni zamanda, ilk gündən belə bir bəyanatı da səsləndirib ki, təklif uzun müddət masa üzərində qalmayacaq. Bununla bağlı müxtəlif səviyyələrdə, məkanlarda görüşlər, danışıqlar aparılır.

Moskva, Soçi, Brüssel, Praqa, ABŞ, Kişineu  görüşlərinin hər biri irəliyə doğru addım, Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirildi. Keçirilən hər bir görüşdən öncə diqqət çəkən məqam budur ki, Ermənistan danışıqlar prosesinə mane olmaq üçün hərbi təxribatlara daha çox maraq göstərir, bununla da prosesi uzatmaq  istəyini açıq-aşkar nümayiş etdirir. 30 illik işğal dövründəki vəziyyətin təkrarlanmasında maraqlı olan işğalçı Ermənistan unudur ki, bugünkü Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu gün ölkəmiz qalib tərəf olaraq reallıqları özü diktə edir. Bu reallıqların qəbulu istiqamətində atılan addımların uğurlu nəticələri Azərbaycana beynəlxalq dəstəkdə özünün aydın ifadəsini tapır. 30 il davam edən işğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən Fransa kimi dünyanın bəzi dövlətləri bu gün də eyni vəziyyətin yaşanmasında maraqlı olsalar da artıq bunun mümkünsüzlüyünün fərqindədirlər. Sülh müqaviləsinin imzalanmasında, təbii ki, Ermənistan daha çox maraqlı olmalıdır. İlk növbədə o baxımdan ki, məğlub dövlət iqtisadi vəziyyətini yeni əməkdaşlıq formatlarına qatılmaqla, kommunikasiyaların açılmasına nail olmaqla yaxşılaşdıra bilər. Lakin son aylarda Ermənistanın sərhəd bölgələrində  törətdiyi təxribatlara, atəşkəsin pozulması cəhdlərinə diqqət yetirsək görərik ki, işğalçı dövlət hələ də baş verənlərdən nəticə çıxarmayıb. Əvvəldə də qeyd etdiyimiz kimi, müxtəlif səviyyələrdə, məkanlarda sülh danışıqlarının aparılmasına baxmayaraq Ermənistanın çirkin niyyətlərindən əl çəkmək istəməməsi hələ də dünya çapında  beynəlxalq  hüququn işləməməsinin təsdiqidir. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərin yaşanmasına, Ermənistanın hələ də verilən dərslərdən nəticə çıxarmamasına səbəb olur. 

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyəndə iri metallurgiya zavodu inşa etməyə hazırlaşması növbəti ekoloji cinayətdir. Belə ki, işğalçı ölkə yenə də beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, dünyanın bəzi dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar isə susmaqda davam edir. İyunun 15-də Laçın sərhəd buraxılış məntəqəsinin Ermənistan tərəfindən atəşə tutulması beynəlxalq hüquq normalarının pozulması, müstəqil Azərbaycana qarşı törədilən növbəti təxribat kimi qəbul olunur. Xarici İşlər Nazirliyinin bəyanatında bu mühüm məqam qeyd edilir ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır.

Baş redaktor onu da əlavə edib ki, son günlərdə Naxçıvan, Zəngilan, Gədəbəy, Şuşa rayonu istiqamətində yerləşən mövqelərimizin erməni silahlıları tərəfindən atəşə tutulması faktları da təsdiqləyir ki, Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribat da daxil olmaqla erməni silahlılarının sərhəddə yaratdıqları gərgin vəziyyət ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə təcavüzdür. Ermənistanın sərhəd bölgəsində törətdiyi təxribatların davamlılığı təsdiqləyir ki, işğalçı dövlət açıq-aşkar sülh istəmir. Əvvəldə də qeyd etdiyimiz kimi, 30 il davam edən işğal dövründə danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistan sonda 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Həmin dövrün reallıqlarına nəzər salsaq görərik ki, hər bir sülh danışığı  ərəfəsində Ermənistan tərəfindən  hərbi təxribatların törədilməsi  artıq ənənə halını almışdı.  Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların intensivləşdiyi, Brüssel formatının yenidən bərpa olunduğu indiki məqamda işğalçının vədlərinə əməl etməməsi, hərbi təxribatlar törətməklə vaxt qazanmağa çalışması artıq müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Ermənistan ölkəmizin təqdim etdiyi və beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma fürsət düşən kimi təxribatları ilə  gündəmdə olur. Dövlət başçısı İlham Əliyevin elə bir görüşü, beynəlxalq səviyyəli tədbirlərdə elə bir çıxışı yoxdur ki, postmünaqişə dövrünün reallıqları fonunda sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlardan, onun nəticələrindən bəhs etməsin. Cənab İlham Əliyev bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri zamanı mətbuata birgə bəyanatlarında diqqəti bu məsələyə yönəldərək bildirdi ki, bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, işğalçı Ermənistana havadarlarının dəstəyi, beynəlxalq hüququn zamana və məkana görə tətbiqinin hələ də qüvvədə olması təcavüzkar dövlətin bu cinayətlərinin davamlılığına şərait yaradır. Hər zaman qeyd edildiyi kimi, işğalçı dövlətə zamanında  sanksiyalar tətbiq edilsəydi, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilsəydi belə vəziyyətlər yaşanmaz, dünyada bir etimad mühiti formalaşardı. Tarixi Zəfərimizdən sonra dünyaya ünvanlanan çağırışlar sırasında BMT sisteminin tərkibinin genişləndirilməsi xüsusi yer tutur. Azərbaycanın bununla bağlı təklifləri də mövcuddur. Həmin tərkibdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təmsil olunması prioritet məsələlərdəndir. Ədalətin və beynəlxalq hüququn mövcudluğuna, bölgədə, ümumilikdə dünyada sülhün təmin olunmasına xidmət edəcək bu  çağırışların  hələ də bəyanat olaraq qalması, dünyanın aparıcı dövlətlərinin ikili standartlara əsaslanan siyasətlərinə son qoymaq haqqında düşünməmələri qarşılıqlı etimad mühitini sıfra yaxınlaşdırır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ