Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda bir sıra məsələlər barədə geniş fikirlər səsələndirib. Bu barədə “Panorama.am” saytı məlumat yayıb. "Mən bu görüşü çoxdan gözləyirdim", – deyə Nikol Paşinyan 27 sentyabr 2020-ci ildə Azərbaycanın başlatdığı müharibənin şərtlərini öyrənmək üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq Komissiyasının iclasında bildirib.
Paşinyanın sözlərinə görə, o, bu gün söylədiklərinin xeyli hissəsini artıq müxtəlif səbəblərdən danışıb, amma bəlkə də bu gün çıxış və sual-cavab formatında Dağlıq Qarabağ münaqişəsi, 44 günlük müharibə, noyabrın 9-da üçtərəfli bəyanatın imzalanması ilə bağlı danışıqlar prosesinin tarixinə hərtərəfli toxunmaq imkanı yaranıb. Paşinyan eyni zamanda İstintaq Komissiyasının açıq iclasının keçirilməsi barədə qərarın vacibliyini qeyd edib.
Baş nazir əvvəlcə üçtərəfli bəyanatı niyə imzaladığını və müharibənin 9 noyabr 2020-ci ildə dayandırıldığını ətraflı şəkildə təqdim edib: "Burada, əlbəttə ki, Şuşanın süqutu dönüş nöqtəsi oldu. Burada təkcə Şuşanın rəmzi əhəmiyyəti deyil, həm də strateji əhəmiyyəti əhəmiyyətlidir. Şuşanı itirəndən sonra, əslində, Stepanakert (Xankəndi) zərbə altına düşərdi, Martuniyə təzyiqlər artardı, ən əsası isə 25 minə yaxın hərbçimiz mühasirəyə düşər və təhlükə altında qalardı". Paşinyan bildirib ki, 9 noyabr 2020-ci il tarixli bəyanat onların müharibəni dayandırmaq üçün 5-ci cəhdi olub.
Mətləb Salahov