çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qarabağda qalan ermənilərin Bakıya minnətçi düşməsinə az qaldı

Image


Məlum olduğu kimi, erməni təxribatı üzündən Laçın sərhəd-keçid məntəqəsindən avtomobillərin keçidi dayandırılıb. Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər məntəqənin işləməyəcəyi də qarşı tərəfin diqqətinə çatdırılıb. Buna paralel olaraq Azərbaycan bəyan edir ki, Qarabağda qalan ermənilərin ehtiyaclarını ödəməyə də hazırdır.

Hələlik bu xüsusda erməni tərəfinin mövqeyi bəlli deyil. Amma Ermənistanın “İravunk” nəşri yazır ki, hazırda Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin ərzaq ehtiyatları kifayət qədərdir, acından heç kəs ölməyəcək. Bildirilib ki, Azərbaycan rus sülhməramlılara təklif də verib: “Azərbaycan rus sülhməramlılara təklif verib ki, ehtiyac varsa, Ağdamdan ürəkləri istəyən qədər ərzaq ala bilərlər”. Nəşrin məlumatına görə, Bakının bu təklifinə yaxın zamanda müsbət cavab verilmə ehtimalı böyükdür. Bu arada separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan mağazalarda yeni rejimin tətbiq edildiyini bildirib. Belə ki, bir alıcı bir maldan çox sayda ala bilməyəcək: “Bunu təşvişə səbəb olmaq üçün demirəm. Lakin balanslı yanaşıb, istehlakda ehtiyatlı davranmalıyıq. Bundan sonra fərdi avtomobillərin yanacaqla təmin edilməsi prosesi dayandırılır, xidməti avtomobillərin yanacaqdan istifadəsi də ya dayandırılacaq, ya da minimuma endiriləcək”. Bununla yanaşı, erməni mediasında fikirlər səslənir ki, əslində, baş verən hadisənin günahkarı elə onlar özləridir. “Qraparak” nəşri yazır ki, iyunun 15-də yaşanan insidentin baş verdiyi Həkəri körpüsünü Azərbaycan tikəndə və post qoyanda Ermənistan sərhədin hardan keçdiyi haqda dəqiqləşmə aparmayıb: “İkincisi, həmin hadisə ilə bağlı videoda aydın görünür ki, Ermənistanın çəkdiyi yol ilə körpü arasında bir neçə metr asfaltlanmamış torpaq sahəsi var. Sanki ikitərəfli qəbul edilən neytral zonadır. Azərbaycan tərəfi də həmin neytral zonaya çatmamış öz tikdiyi körpünün başlanğıcında bayraq sancırdı. Azərbaycanlıları müşayiət edən rus sülhməramlılar buna görə ərazinin Azərbaycana aid olduğunu bildiriblər. Azərbaycanlılar gözləri önündə körpü tikdi, Ermənistan səsini çıxarmadı. Bəs, Nikol fikirləşmirdi ki, azərbaycanlılar körpü tikdikdən sonra tikdirdikləri körpünün başına Azərbaycan bayrağını da sancacaqlar?”. “Ermənistanın səsi” qəzeti isə yazır ki, Azərbaycan Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı tutduğu mövqeyində qətidir: “Azərbaycan sərhəddən buraxılışı dayandırıb. Qarabağda qənaət rejiminə keçilib, sosial şəbəkə istifadəçiləri ərzaq və zəruri malların piştaxtalardan yoxa çıxmasından yazır. Nəqliyyat dayanıb, kənd camaatı məhsullarını şəhərə gətirə bilmir, özləri də yeməksiz qalmaqdan qorxurlar. Əldə olanlar çılğın qiymətə satılır, amma bu, ümumiyyətlə, sualları çox olan Qarabağdakı ermənilərin rəhbərliyi üçün ayrıca məsələdir. Dünya susur. Bu isə prinsipcə başadüşüləndir: regionda baş verənlərlə maraqlanan dünyanın qavrayışında ermənilər Qarabağın Azərbaycanın bir hissəsi olması ilə bağlı öz hakimiyyətləri ilə tam razılaşırlar. Ermənilər susur və buna etiraz etmədiklərindən, deməli, onların özləri üçün də Qarabağ məsələsi önəmli deyil. Onda niyə dünya etiraz etməlidir? Ermənistan susur, əhalinin düşünən hissəsi vəziyyətin bütün təfərrüatını mükəmməl başa düşür. Görünən odur ki, insanların küçələrə çıxıb döyüşmək həvəsini qırmaq üçün hər şeyi edən müxalifətdən insanların əksəriyyəti məyusdur. Aydındır ki, ziyalı adlanan təbəqə çox rahat dəvəquşu mövqeyini tutub, “mən siyasətə qarışmıram” ifadəsi ilə baş verənləri inkar edib, reallığa səylə məhəl qoymadan normal və ölçülüb-biçilmiş həyat tərzini davam etdirir”. Bildirilir ki, bu şərtlər daxilində Azərbaycan Qarabağda qalan ermənilərin gələcəyi ilə bağlı məqsədinə çatacaq.

Qeyd edək ki, bu məsələ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) da diqqət mərkəzində olub. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan təmsilçilərinin bu xüsusda iddialarına cavab olaraq qeyd edib: “Bir-birimizə çox yaxınıq. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar davam edir. Yaxın vaxtlarda danışıqların növbəti mərhələsi gözlənilir. Ancaq burada erməni həmkarlarımızın ritorikasını görürsünüz. Hələ də keçmiş terminologiyanı təkrarlayırlar. Onlar gələcək haqqında düşünməyə qadir deyillər. “Blokada” deyirlər, halbuki belə bir şey yoxdur, “genosid” dedikləri isə ümumiyyətlə mövcud deyil. Laçın dəhlizinin bağlı olmasına dair söylədikləri tamamilə səhv fikirdir. Provokasiyaya gəldikdə isə, Ermənistan tərəfindən çoxlu sayda təxribatlar törədilir. Azərbaycan təxribatdan uzaqdır. Təəssüf ki, Ermənistan tərəfi düşmənçiliyi davam etdirir. O, mövcud vəziyyəti anlamalı, hansı istiqamətdə irəliləmək haqqında düşünməlidir. Azərbaycanlılar və ermənilər birlikdə gələcək haqqında düşünməlidirlər. Ancaq onlar bunun əvəzinə beynəlxalq təşkilatlara yalvarır, Azərbaycanla bağlı yanlış məlumatlar təqdim etməyə çalışırlar. Bu, düzgün münasibət deyil. Belə davranışla sülhə nail olmaq çətindir. Azərbaycana, Qafqaza gəlin, əsl qafqazlı olun, kiçik bir cəsarət tapıb yeni reallıqları anlayın”. Xatırladaq ki, rəsmi Bakı erməni əhalisinin bütün təhlükəsizliyini təmin edə biləcəyini elan edib, separatçılar da təslim olub amnistiya imkanından yararlana bilər.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ