Cümə günü, 11 sentyabr 2026
     

Şah və molla rejimlərinin məhv etdiyi məşhur Təbriz sarayları və bağları...

Image


“Güney Azərbaycanın tarixi irsi” rubrikasında Təbriz şəhərinin maddi-mədəni irsindən danışmaq istəyirik, o irsindən ki, bir qismini Pəhləvilər hakimiyyəti viran qoyub, qalanlarını da molla rejimi məhv edib. Qədim binalar, memarlıq abidələri şəhəri Təbrizin milli ruhunu qoparmaq üçün rejimlər əllərindən gələni ediblər. İş o yerə çatıb ki, Təbrizin bir çox abidələrinin UNESCO-ya daxil olması yolları bağlanıb. Çünki qədim binaların çoxu dağıdılıb, çoxuna müdaxilə edilib, bəzilərinin ətrafında uyğunsuz tikintilər aparılıb.

GünazTV-nin məlumatına görə, Təbrizin tarixi abidələri beynəlxalq qeydiyyata alınmayacaq. Bu barədə Təbriz İslam İncəsənəti Universitetinin memarlıq fakültəsinin rəhbəri doktor Əhəd Nəjad İbrahimi məlumat verib. O, memarlıq incilərinin qeydiyyata alınmamasının səbəbini UNESCO-nun qaydalarına zidd olaraq bəzi abidələrin ətrafında tikintilərin aparılması və onların tarixi abidə kimi öncədən olan sahələrinin qorunmaması ilə izah edir.

Təbrizdəki tarixi abidələrin vəziyyəti ilə bağlı təhlil aparan Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Araz bizimlə söhbətində bildirdi ki, bu gün İran adı ilə tanınan dövlət 1925-ci ilədək Türk dövləti olub. “1925-ci ildə Qacar Türk Dövləti yıxılana qədər min ilə yaxın bir müddət bü gün İran adı ilə tanınan coğrafyada Türk sülalələri hökm sürüb və bu sülalələrin bir çoxu Azərbaycan mənşəli olub; o cümlədən Qacarlar, Əfşarlar və Səfəvilər, Ağqoyunlular və Qaraqoyunlular. Elxanilər, Səlcuqlular və Qəznəlilər kimi dövlətlər də Türküstan mənşəli olublar.

Özlərini İslam öncəsi Perslərin davamı hesab edən edən Farslar (ki, əslində deyillər və günümüzdə danışılan farsca Tacik dilinin bir qoludur) bu min ildə hakimiyyətdən uzaq qaldıqları və Türklər tərəfindən idarə olunduqları üçün bir növ əzilmişlik və xorlanmışlıq hissinə tutulub və çox tez zamanlarda öz içlərində aqressiv milliyyətçi hisslər bəsləməyə başladılar.

Özlərini Perslərin davamçısı kimi qələmə verən Taciklər bugünkü İran ərazisində "Şuubiyyə" axımını başladılar. Bu axım bir növ erkən milliyətçilik hərəkatı idi. Enişli-yoxuşlu bir sürəci olan bu axımın içindən çoxlu şairlər və yazarlar çıxdı, bir neçə üsyanlar baş göstərdi. Bu axımın ən başarılı işi Firdovsi və onun "Şahnamə"sinin ortaya çıxması oldu. Bu həmasi şeir kitabı modern Fars milliyətçiliyinin orta dirəyi oldu. 19-cu və 20-ci əsrlərdə modern düşüncə axımlarının Qacar dövləti ərazisinə yol tapması ilə Şuubiyyənin qalıntıları yeni formatda canlanmaya başladı.

 

Bu dönəmdə dövlətinin getdikcə zəiflədiyini, fəsada boğulduğunu və yıxılmaya doğru getdiyini görən Türk aydını öz imperyasını qurtarmaq üçün yol arayışında idi. Təəssüf ki, Türk aydını yanlış bir təsbitlə modern Şuubiyyəçilərin oyununa gələrək İran dili və İran milliyətçiliyi kimi hesab etdikləri Fars dili və Fars milliyyətçiliyini bir çıxış yolu kimi gördülər. O dönəmdə Fars milliyətçisi kimi görünən Türk aydınlarının düşüncələrini araşdırdığımız zaman rahatlıqla görə bilirik ki, bunların heç də Farslıq dərdləri yoxdur və hətta yeri gələndə Farsları təhqir də edirlər, onların əsas dərdi dövlət sistemində reform yaradıb ölkəni qurtarmaqdı; çünki minillik bir alt bilinclə o dövləti özlərinə aid bilirdilər. Bu tərz aydınların başında Əhməd Kəsrəvi gəlir. Yalnız gedişat bu təsbitin yanlış olduğunu çox keçmədən isbatladı, amma artıq olan olmuşdu”.

M.C.Arazın qeyd etdiyinə görə, modern Şuubiyyəçilərin fəaliyyətləri nəticəsində Türklərin İranda iqtidardan uzaqlaşma və Farsların addım-addım bütün dövləti ələ geçirmək prosesi sürətlə irəli getdi.  

Müsahibimiz qeyd etdi ki, bu proses Çindən Avropaya uzanan Türk dövlətləri və toplumlarını gücdən salıb parçalamaq istəyən Batılı imperial güclərin də mənfəətlərinə uyğun gəlirdi və ona görə də başda ingilislər və yəhudilər bu prosesə ciddi və hərtərəfli dəstək verdilər. “Ən sonda 1925-ci ildə ingilislərin planlayıb uyğuladığı bir çevrilişlə son Türk sultanı olan Əhməd Şah hakimiyyətdən uzaqlaşdırılıb yerinə savadsız bir ingilis adamı olan Rza Xan gətirildi.

Beləcə, Şuubiyyə minillik arzusuna çatmış oldu. "Turanlı"lar hakimiyyətdən uzaqlaşdırılıb, "iranlı"lar hakimiyyətə gəldilər. Artıq turanlılardan minillik intiqamın alınmasının zamanı gəlmişdi.

Yalnız nə hikmət isə, bu iranlılar öz güc və hünərləri ilə yox, batılıların oyunlarıları ilə hakimiyyətə gəldikləri üçün onların əllərində oyunçaq kimi idilər. Batılılar istədikləri zaman bu İranlı şahları qolubağlı saraydan çıxardıb təhqir edirdilər və sairə.

Amma turanlıların, yaxud türklərin sıradan çıxardılması və hər anlamda məhv edilməsi həm modern Şuubiyyəçi Taciklərin, həm batılıların ortaq istəyi idi, ona görə bu plan qüsursuz hayata keçirildi.

Başda Güney Azərbaycan və Təbriz olmaq üzrə türkləri iqtisadi, siyasi və mədəni olaraq məhv etmək və farslaşdırmaq planları ciddiyyətlə uyğulanmaya başladı. Bu farslaşdırma siyasəti sadəcə fürklərə uyğulanmadı, ərəblər, kürdlər, bəluçlar və digərləri də eyni dövlət proqramı çərçəvəsində farslaşdırılmaya çalışıldı. Yalnız ölkə əhalisinin hardasa yarısını təşkil edən və min il ölkəyə höküm edən türklərdən hiss edilən nifrət və təhlükə, təbii ki, çox daha böyük idi. Ona görə də yox etmək prosesində əsas hissə türklərlə bağlı idi.

Bu prosesdə özəlliklə iki şeyin məhv edilməsinə çox önəm verildi: Birinci dil, ikinci tarixi mədəniyyət abidələri.

İran dövləti bütün gücü ilə Azərbaycan türkcəsini yox edib sıradan çıxarmağa çalışdı və bunun üçün böyük dövlət proqramları hazırlandı. Yalnız bu yazının mövzusu olmadığı üçün o məsələyə girmirik.

Güney Azərbaycan haqqında ikinci ən böyük, unudulmaz və bağışlanmaz cinayət isə tarixi abidələrin məhv edilməsidir. Özəlliklə birinci Pəhləvi zamanında, başda Təbriz olmaqla, Güney Azərbaycan şəhərlərində çox sayda tarixi abidə, eləcə də şəhərlərin qədim tikilişləri sistemli və davamlı şəkildə yıxılıb yerinə yeni binalar və küçələr tikildi. Bu sürəcdə ən çox ziyanı Təbriz görsə də, Ərdəbil, Urmiyə, Zəngan, Marağa və Xoy kimi şəhərlər də bu topyekun yoxetmə prosesində öz yerlərini aldılar.

Maraqlısı budur ki, Azərbaycan şəhərlərində bu yıxıntılar davam edərkən Fars şəhərlərində o cümlədən İsfahan, Şiraz, Yəzd və Kirmanda tarixi abidə və tikintiləri bərpa etmək və canlandırmaq prosesi gedirdi. Necə ki, bugün fars şəhərlərinin qədim hissələri və tarixi abidələri böyük diqqət və səliqə ilə mühafizə edilib saxlanıb, yalnız türk şəhərlərində durum tam tərsinədir”.

Müsahibimiz vurğuladı ki, tarixi mədəniyyət abidələri və şəhərlərin qədim tikintilərinin məhv edilməsinin əsas səbəbi bu idi: Türklərdə tarixi yaddaş silinsin. Tarixi abidələr bir millətin mədəniyyətinin və yaddaşının ən önəmli qisimlərindən biridir. Bir millət yox ediləcəksə, yaddaşı silinib, təhqir edilib kölələşdiriləcəksə, onun müəzzəm bir dili və ədəbiyyatı, eləcə də ehtişamlı sarayları və mədəniyyət abidələri olmamalıdır; yoxsa bu millət bir daha özünə qayıdıb keçmişini sorğulaya bilər. “Bu gün İran adı ilə anılan coğrafyada iranlılar turanlıları silib sıradan çıxarda bilmədilər. Turanlılar bir daha öz küllərindən doğulub ayağa qalxmağa başladılar. Amma iranlıların yüz il içində ortaya çıxardıqları yıxıntı tarixdə bir qara ləkə kimi qalacaq.

Aşağıda sadəcə Təbrizdə yıxılaraq məhv edilən tarixi mədəniyyət abidələrinin siyahısı verilir. Bu yıxıntıların artıq geri dönüşü yoxdur. Amma ən azından, bəlkə araşdırılıb unudulmaması təmin oluna, yaxud gələcəkdə bəzi hissələri bir şəkildə yenidən canlandırıla bilər.

Belə abidələrdən biri Səfəvi dövlətinin Təbrizdəki hökumət binası idi. Paytaxt Təbrizdən daşındıqdan sonra bina Səfəvi və Qacar dövlətləri zamanında vəliəhd iqamətgahı olaraq istifadə olunmuşdur. Səfəvi dönəmində adı "Ala Qapı" ikən, Qacar zamanında "Şəms-ul-İmarə" (Günəş Sarayı) adı ilə tanınırdı. Saray, bağ və yardımcı binalar kompleksi idi və qarşısında da böyük bir meydan vardı.

1933-cü ildə Rza Pəhləvi zamanında şübhəli şəkildə yandırıldı və böyük qismi xarab oldu. Qalan qismi də 1947-ci ildə tamamilə yıxıldı, neçə yüz illik ağacları kəsildi və meydandakı başqa binalar da məhv edildi. Daha sonra yerinə indiki Şərqi Azərbaycan valilik binası və başqa binalar tikildi.  

Daha sonra Ağqoyunlu Yəqub zamanında tikilən bağ. Qacar zamanında çox genişləndi və Qacar şahzadələri üçün bir çox saray və köşk tikildi. Abbas Mirzə Qacarın iqamətgahı idi. 1929-cu ildə Təbriz bələdiyyəsi tərəfindən tamamən yıxıldı və onlarca tarixi əsər topyekun məhv edildi”.

M.Cavadi qeyd edir ki, Müzəffərəddin Şah Qacar zamanında tikilən bu saray Rza Pəhləvi zamanda yıxıldı: “Məhəmməd Əli Şah Qacarın vəliəhdlik zamanında Təbrizdə iqamət etdiyi saray idi. Birinci Pəhləvi zamanında yıxdırıldı.

Elxanlı sultanı Xudabəndə Olcaytunun vəziri Tacəddin Əlişah Ceylani tərəfindən inşa edilən qala Qacarın sonuna qədər Təbrizdə əsgəri məqsədlə istifadə olunmuş və aralıqlarla təmir edilmişdir.

Ruslar Təbrizi işğal edərkən bir qismində yanğın çıxdı.

Pəhləvi hakimiyyətə gəldikdən sonra parça-parça yıxdırıldı. Bir qismi də islam cümhuriyyəti zamanında yıxdırılıb yerinə müsəlla tikildi.

Hazırda sadəcə qalanın əsas binasının ön duvarı qalır.  

Ağqoyunlu Sultan Yəqub zamanında tikildi və Səfəvi dönəmində genişləndirildi.

 Qacar Abbas Mirzənin oğlu Qəhrəman Mirza bu göl və sarayı Qacarlar üçün gəzmək və əyləncə yeri halına gətirdi.

İslam inqilabından sonra adı El Gölü olaraq dəyişdirildi.

1965 ilində Təbriz bələdiyyəsi əski binasını yıxaraq yerinə başqa bina tikdi. Bu meydana Elxanlı zamanında "Sahib Abad Meydanı", Ağ Qoyunlu zamanında "Həsən Padşah Meydanı", Səfəvi və Qacar zamanlarında "Sahib-ul-əmr Meydanı" adı verilib və hökümət və əsgəri məqsədlərlə istifadə olub. Zamanında dünyanın ən böyük meydanı olub və böyüklüyü Avropa səyyahlarını heyrətə salıb. Ağqoyunlu Uzun Həsən burada otuz min qoşunundan san görürmüş.

Təqribən 200 il öncə böyük bir zəlzələdə xeyli ziyan görsə də Qacarların sonuna qədər var imiş. Pəhləvi dönənimdən sonra mərhələ-mərhələ məhv edildi. İndi sadəcə Sahib-ul-əmr məscidi və bəzi kiçik binalar qalır”.

M.C.Araz vurğuladı ki, Pəhləvilərdən sonra da molla rejimi Azərbaycan abidələrinə divan tutmağa başladı. O qeyd etdi ki, molla rejiminin  Azərbaycanın tarixi irsinə qəddar münasibəti heç də Pəhləvilərin münasibətindən fərqlənmir.

Bu gün molla rejiminin Təbrizdə, Təbriz ətrafındakı, bütövlükdə Güneydəki Azərbaycan abidələrinə qarşı terror aktları davam edir və abidələrimizin qalanlarını silib, izlərini itirmək istəyir. Farslaşdıra bilmədiklərini məhv edir...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

SON XƏBƏRLƏR

11.09.2026 / 07:38
Trampın seçicilərə bonus vədi Ukraynanı yardımsız qoyacaq? - Hələlik təklifdir

11.09.2026 / 01:12
“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub oldu

10.09.2026 / 22:45
Tarixin saxtalaşdırılması davam edir

10.09.2026 / 22:17
İranın Hörmüz boğazını bloklaması Trampa 4,4 milyon dollar qazandırdı…

10.09.2026 / 21:58
Neft tankerlərini ilk dəfə vuran ABŞ İranla müharibənin yeni səhifəsini açdı...

10.09.2026 / 21:32
Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

10.09.2026 / 21:14
Tramp Putinin ən son “Ukrayna təklifinə” nə cavab verib? - İşin üstü açılsa, qiyamət qopacaq...

10.09.2026 / 20:55
11 Sentyabrın 25-ci ili: Əfqanıstandakı “saatlı bomba” yenidən partlayacaq...

10.09.2026 / 20:39
Gürcüstanda siyasi qüvvələr bir-birini qırır - David Monastrını Azərbaycana kim “satıb”?...

10.09.2026 / 20:22
Tramp bir təbriklə sağ populist partiyaları mövcud Avropa hakimiyyətlərinə qarşı qaldırdı...

10.09.2026 / 20:07
Trampın elçiləri ilə Putinin “Zəngəzur razılaşması”? - Paşinyan Moskvadan əvvəl Parisə yollandı...

10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

10.09.2026 / 19:35
11 dövlətin İsrail əleyhinə bu addımına Trampdan maraqlı reaksiya gəldi...

10.09.2026 / 19:17
I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində

10.09.2026 / 19:03
Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın oğlu olub-olmadığını araşdırdı...

10.09.2026 / 18:27
Trampla təmaslardan sonra Putin Ukraynaya qarşı daha da fəallaşıb...

10.09.2026 / 18:04
Mümkün Rusiya-ABŞ-Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər…

10.09.2026 / 17:50
Neft qiymətləri 150 dollara qədər yüksələ bilər – “Hörmüz düyünü” açılmasa…

10.09.2026 / 17:36
ABŞ Beynəlxalq Cinayət Məhkəməsini ləğv etmək üçün NATO müttəfiqlərindən kömək istədi

10.09.2026 / 16:47
Çində yük gəmisində güclü yanğın - 20 nəfər həlak olub, 5 nəfər itkin düşüb...

10.09.2026 / 16:30
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edib - Xidmət rəisi açıqladı...

10.09.2026 / 16:18
Binəqədidə kirayədə yaşadığı evi soyan şəxs yaxalandı

10.09.2026 / 16:05
Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

10.09.2026 / 15:49
Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

10.09.2026 / 15:25
Azərbaycanın Xəzər limanları təhlükədə - - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

10.09.2026 / 14:40
İranda şiə-sünni müharibəsi salmaq planı deşifrə olundu...

10.09.2026 / 14:34
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya qrafiki dəyişə bilər - Zəngəzur dəhlizi önə çıxacaq...

10.09.2026 / 14:30
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik etdi

10.09.2026 / 14:26
Prezident qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqlədi

10.09.2026 / 14:25
Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələri layihəsi təsdiqləndi

10.09.2026 / 14:16
Trampın müşavirləri xəbərdarlıq etdi – İran müharibəsi 2029-a qədər uzana bilər…

10.09.2026 / 14:08
Ukrayna Xəzərdə Şimal-Cənub nəqliyyat dəhlizində əsas halqalarından birini vurdu…

10.09.2026 / 13:35
Qara dənizdə daha bir yük gəmisi vuruldu - iki azərbaycanlı həlak oldu

10.09.2026 / 13:23
Qərb xüsusi təyinatlılarının Bolqarıstan və Serbiyadakı gizli kamplarda rus əsgərlərinə təlim keçdiyi ortaya çıxdı - NATO-da görünməmiş qalmaqal…

10.09.2026 / 13:06
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

10.09.2026 / 12:54
Dəyişən dünyanın mərkəzində Azərbaycan var

10.09.2026 / 12:37
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

10.09.2026 / 12:25
Tramp Hörmüzün adını öz şərəfinə dəyişdirəcəyinə söz verdi – “İran rəhbərliyi də məmnun olacaq”…

10.09.2026 / 12:17
Azərbaycanda məsafədən kreditlərin qaydaları dəyişir

10.09.2026 / 12:05
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışını etdi - FOTO

10.09.2026 / 11:50
Respublikaçılar seçkilərdə qalib gəlsə, hər bir amerikalı 5 min dollar alacaq - Tramp vəd verdi…

10.09.2026 / 11:42
İran İordaniyada ABŞ-ın 10-a yaxın hərbi təyyarəsini vurdu…

10.09.2026 / 11:15
Rusiya Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərdi...

10.09.2026 / 11:12
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşdi

10.09.2026 / 11:07
Azərbaycan nefti bahalaşdı...

10.09.2026 / 10:52
İran bu dəfə ABŞ hərbi gəmilərini elektro-optik raketlərlə vurdu…

10.09.2026 / 10:45
Baş nazirdən müxalif liderə “İsrail mesajı” - mən it ola bilərəm, amma sahibim yoxdur…

10.09.2026 / 10:31
Trampın xüsusi elçilərinin 8 Moskva səfəri nəticə vermədi - oyuna MKİ direktoru daxil olur…

10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu

10.09.2026 / 10:25
Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

10.09.2026 / 10:16
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

10.09.2026 / 10:05
NATO ölkəsi açıqladı - Zelenskinin təyyarəsi dron hücumundan son anda qurtuldu…

10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı - Baş Prokurorluq işi açdı...

10.09.2026 / 09:30
İranın bir çox bölgəsində gecə yarısı partlayış səsləri eşidildi…

10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi - ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ

10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

09.09.2026 / 22:33
Almaniyada ifrat sağçılar addım-addım hakimiyyətə yaxınlaşır - ölkəni etirazlar bürüdü, kansler Trampla telefon danışığını ləğv etdi...

09.09.2026 / 22:15
Tramp İran və Ukrayna uğursuzluğunu Bakı-İrəvan sülhü ilə kompensasiya edəcək? - noyabradək...

09.09.2026 / 21:57
Ermənistan Rusiya əleyhinə Avrasiya İqtisadi İttifaqı tarixində görünməmiş tədbirə əl atdı...

09.09.2026 / 21:43
Avropa liderləri Trampı Putinlə Ankoric razılaşmasını pozmağa vadar etdilər...

09.09.2026 / 21:26
İrəvanla Moskva arasında Ukraynanın üstündə intriqa dərinləşir...

09.09.2026 / 21:11
2020-ci ildə Azərbaycanda Dövlət komissiyası yaradıldı, bu sahədə vəziyyət daha da pisləşdi...

09.09.2026 / 20:56
Trampın faşistyönümlü partiyaya simpatiyası Mertsi qəzəbləndirdi

09.09.2026 / 20:40
Orta Asiyanın türk dövlətlərindəki ABŞ səfirlərinə mərkəzdən təhlükəli tapşırıq verilib - tək Qırğızıstan...

09.09.2026 / 20:27
Tramp Rusiya və onun 5 müttəfiqinə qarşı “ticarət sanksiyaları qanununu” təxirə saldı...

09.09.2026 / 20:14
Kremldən görünməmiş hədə - “bu dəfə Avropa ilə müharibə çox qısa olacaq”...

09.09.2026 / 19:57
Suriyada silah anbarında güclü partlayış - 14 ölü, çox sayda yaralı var…

09.09.2026 / 19:44
Rusiyadan NATO-ya təhdid kimi açıqlama – biz hazırıq…

09.09.2026 / 19:30
Zəngəzur dəhlizində infrastruktur tikintiləri üçün yeni şirkət(?) yaradılır...

09.09.2026 / 19:14
Ermənistan TŞ-nin keçmiş katibi Qriqoryan beynəlxalq konsaltinq şirkətində baş məsləhətçi təyin edildi

09.09.2026 / 19:05
Avropa Birliyi Zelenskinin üzünə “Patriot”un qapılarını açdı...

09.09.2026 / 18:48
İran-ABŞ müharibəsinin "dəniz coğrafiyasi" genişlənir - neft 120-yə qalxdı...

09.09.2026 / 18:33
İvanişvilinin partiyasında baş nazirlərin arasında qətl ittihamı - Azərbaycanın da adı hallanır...

09.09.2026 / 18:22
Azərbaycan DİN-ə ABŞ-dan böyük etimad...

09.09.2026 / 18:05
İrandan Fars körfəzi ətrafında gəmilərə qarşı irimiqyaslı hücum – bir gecədə ondan çox gəmi vuruldu…

09.09.2026 / 17:43
Messi İspaniyada futbol klubu alır…

09.09.2026 / 17:28
Rusiya məhkəməsi Zelenskinin aparat rəhbərini üçüncü dəfə “həbs etdi”…

09.09.2026 / 17:14
Serbiya Prezidenti parlamenti buraxdı və seçki tarixini elan etdi…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ