çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Fransız parlamentindən Makrona çağırış - Təhlükəsizlik Şurası “Arsax” barədə yeni qətnamə çıxarmalıdır...

Image


Fransa ermənipərəstliyin “dozası”nı günü-gündən artırır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına doğru addımlar atıldığı bir ərəfədə fransızlar daha da aqressivləşiblər və hər vəchlə sülh müqaviləsinin bağlanmasının qarşısını almaq istəyirlər.

Xüsusən də, Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də parlament sədri Alen Simonyan  Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdıqlarını bəyan etdikdən sonra Makron hökuməti, fransız parlamenti daha çox “Arsax”ın “müdafiəsi”nə qalxıb. Yenə qondarma iddialar, saxta ittihamlarla çıxıış edən fransızlar Azərbaycanın daxili işlərinə qarışmaqda davam edirlər.   

Jerar Larşe, Xavier Bertrand, Valeri Pekres, Loran Vokye, David Lisnar, Bruno Retaio, Olivye Marlet, Fransua-Ksavye Bellami və Erik Şotti də daxil olmaqla 170-dən çox Fransa deputatı Makron hökumətinə çox absurd bir məsələ ilə bağlı çağırış edib. Guya ki, keçmiş  “Dağlıq Qarabağ”da yaşayan ermənilərə qarşı Azərbaycan tərəfindən hansısa “təhlükə” var. Fransız deputatların “bəyanat”ında qətiyyən reallığı əks etdirməyən məsələlər yer alıb, guya Qarabağdakı ermənilərin vəziyyəti “kritik”dir, guya onlara qarşı “qırğın risqi”ola bilər. 44 günlük müharibədən sonra Ermənistan və Azərbaycan arasında  başlanan sülh danışıqlarına da ləkə yaxan parlamentarilər sülh danışıqları “tamamilə balanssızdır” iddiasında bulunublar. İddia ediblər ki,  Rusiyanın de-fakto və de-yure müttəfiqi olan Azərbaycan hakimiyyəti guya Qarabağdakı “120...000 ermənini” “blokada” yolu ilə “acından öldürməyə” və “qovmağa” çalışır (Qarabağda 120 min erməninin yaşamadığı məlumdur, fransızlar yenə də boyat havanı çalırlar).

“Bu kontekstdə biz Fransa Respublikasının Prezidentinə rəsmi müraciət edirik. Fransa müdaxilə edə bilər, Fransa müdaxilə etməlidir”-deyə üzdəniraq bəyanatda vurğulanıb.

İddia ediblər ki, onlar 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qarşısında erməniləri müdafiə barədə məsuliyyət götürüblər, ona əməl etməlidirlər (?).

“Biz davam edən danışıqları nəzərdən keçirmək üçün BMT Təhlükəsizlik Şurasını yenidən çağırmaqla müdaxilə edə bilərik və etməliyik.

Ona görə də Təhlükəsizlik Şurası öz qətnaməsi ilə belə bir fakt qoymalıdır ki, bu danışıqlar üçün ilkin şərt  “Dağlıq Qarabağ”  (Qarabağ İqtisadi zonası-İ.S) ermənilərinə qarşı hər hansı etnik təmizləmə prosesinin istisna edilməsinin mütləq təminatı olmalıdır... (?)”

Əlbəttə, fransız deputatlar yenə də qondarma “etnik təmizləmə” uydurmasını dilə gfətiriblər və bununla da öz niyyətlərini ortaya qoyublar. Onlar bir daha bilməlidir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların gələcəyi dövlətimizlə bağlıdır. Erməni vətəndaşlarımızla dövlətimizin qanunlarına görə davranılacaq, Fransanın hansısa üzdəniraq “tələbi”nə uyğun olaraq yox. Fransa ermənilərin “təhlükəsizliyi üçün zəmanət tələb edir”, yenə də ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”nu yada salır. Əlbəttə, bunlar hamısı boş və mənasız çağırışlardır, heç bir  əhəmiyyəti yoxdur.

  • “BMT-nin Fransa prezidentinin çağırışı ilə “Arsax”la bağlı hansısa qətnamə çıxaracağına inanmıram”

SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində “170 fransız deputatın “Arsax”a çağırış etməsi, yenə qondarma iddialar irəli sürməsi rəsmi Parisin əsl simasını ortaya qoyur”-deyə bildirdi.

Media Qrupu rəhbərinin sözlərinə görə, Fransa ermənilərin çoxluq təşkil etdiyi ölkələrdən biridir. Hətta erməni lobbisinin Fransada dövlət strukturlarına və hakimiyyətin müxtəlif nümayəndələrinə belə təsir etmək imkanlarının olması bəlli bir məsələdir: “Bütün beynəlxalq sənədlərdə təsdiq olunur ki, Qarabağ əzəli Azərbaycan ərazisidir və dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Fransanın müəyyən rəsmi dairələrindən isə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid xarakteri daşıyan sərsəm fikirlərin səsləndirilməsi, sadəcə, təəssüf doğurur. Düşünürəm ki, Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar, çünki bu ölkə əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş bir ölkədir”.

Bəhruz Quliyev deyib ki, bu gün Fransa və İranın Ermənistanla bağlı mövqeyi bəllidir: “Rəsmi Paris aşkar şəkildə İrəvanın işğalçı siyasətini dəstəkləyir, Tehran isə üzdə özünü bitərəf göstərməyə çalışsa da, əslində ermənilərin mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin siyasi tezislərini alqışlayır. İkinci Qarabağ müharibəsindən sonra əzəli düşmənlər - Fransa və İran Azərbaycana qarşı münasibətdə oxşar cinahda yer alırlar. Hər iki ölkə Ermənistanın yanında, Azərbaycanın isə qarşısında dayanmaqla əsl simalarını ortaya qoyublar.  Proseslər onu deməyə əsas verir ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmasını istəmir, İran isə bölgənin iqtisadi mənzərəsini dəyişəcək Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır.

Biz ATƏT-in həmsədri kimi Fransanın 30 il ərzində göstərdiyi fəaliyyəti bəyənmədik. Ümumiyyətlə, ATƏT-in özünü fəaliyyətsizliyinə görə qəbul etmirik. 44 günlük Vətən müharibəsi zamanı Fransada aşağı və yuxarı palata özbaşına Dağlıq Qarabağın "müstəqilliyini" qəbul etdi. İndi yenə Fransanın 5-6 deputatı “Arsax”a çağırış edilməsi ilə bağlı ortaya düşüb. Hazırda Fransanın özünün kifayət qədər daxili problemləri var. Makron hakimiyyətə gələndən Fransanın üzü gülmür. Fransanın daxilində iğtişaşlar, problemlər olduğu halda onların bu prosesə qarışması heç bir məntiqə sığmır”.

Baş redaktor əlavə edib ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra isə Ermənistanın daha dərin iqtisadi tənəzzülə uğraması və ölkənin iqtisadi-sosial inkişaf göstəricilərinin hələ uzun müddət ən aşağı səviyyədə olacağı labüddür: “Belə bir şəraitdə Ermənistanın yeganə çıxış yolu bütöv bir əsr ərzində inadla izlədiyi düşmənçilik yolundan imtina etmək, qonşu dövlətlərə qarşı əsassız iddialarını kənara qoyub səmimi regional əməkdaşlığa qoşulmaqdır. Əks təqdirdə gələcəkdə bu bölgədə Ermənistan adlı dövlətin mövcudluğu belə sual altında qalacaq”.

Fransız parlamentarilərin Makrondan tələbinə gəlincə, B.Quliyev bunu absurd hesab edir: “Fransız deputatların Fransa prezidentindən tələbi heç cür anlaşılan deyil. Onlar  Makrondan tələb edirlər ki, BMT Təhlükəsizlik Şurasına təsir etsin və “Arsax”la bağlı qətnamə çıxartdırsın. Bu absurd bir məsələdir və mümkün deyil. BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı çıxardığı dörd qətnamənin icra taleyi hər kəsə məlumdur. BMT o vaxt Ermənistandan o dörd qətnamənin icrasını tələb etməli idi. Amma etmədi, o qətnaməni Azərbaycan dövləti özü icra etdi. BMT-nin Fransa prezidentinin çağırışı ilə “Arsax”la bağlı hansısa qətnamə çıxaracağına inanmıram. Çünki BMT özü də Qarabağı Azərbaycan ərazisi kimi qəbul edib, bu, sənədlərdə əks olunub”-deyə B.Quliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ