Erməni mediası baş nazir Nikol Paşinyanla bağlı yeni iddialar səsləndirir. Xüsusilə baş nazirin öz tərəfdarlarına ölkədə anti-Rusiya təbliğatını gücləndirilməsi barədə tapşırıqlar verdiyi barədə yazılar yazılmaqdadır. Məlumdur ki, iyulun 11-12-də Lissabonda Azərbaycan və Ermənistan arasında növbəti danışıqlar keçiriləcək. "Past" nəşri iddia edir ki, görüş qabağı N.Paşinyan Ermənistanda anti-Rusiya isterikasını artırmaqla sülh müqaviləsinin mhz Rusiya ucbatından baş tutmaması barədə rəy yaradır, Qarabağın tamamilə “təslim olunmasının” vacibliyi barədə erməni cəmiyyətini inandırmağa şalışır. N.Paşinyan həmçinin Rusiya sülhməramlılarının yerinə üçüncü ölkələrin hərbi müşahidəçilərinin bölgəyə yerləşdirliməsinin önəmli olduğu barədə fikirlər səsləndirirlər.
Mətləb