çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Ermənistanın 12 paytaxtı” mövzusunda Azərbaycan tarixçiləri Paşinyanı əzib keçdilər...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan siyasi spekulyasiyalarla kifayətlənməyib, indi də tarix üzərindən spekulyasiya ilə məşğul olur. Tarixlə bağlı biliyi hədsiz dərəcədə kasad olan Paşinyan elə bir açıqlama verib ki, lap bişmiş toyuğun gülməyi gəlir.

Paşinyan Ermənistanın “12 paytaxt”ından danışıb, iddia edib ki, guya ölkəsinin bu sayda “paytaxtı” olub. 

"Əsl Ermənistan tarixi Ermənistana xidmət etməlidir, yoxsa tarixi Ermənistan həqiqi Ermənistana? Bu, cavab verməli olduğumuz siyasi və əbədi sualdır. İstəsək, bu məsələni münaqişəsiz həll edə bilərik, çünki “tarixi Ermənistan”ın 12 “paytaxtından” 6-sı Ermənistan Respublikasının ərazisində yerləşir. Bəs sonuncu dəfə bu “paytaxtlarda” nə vaxt olmusunuz? Onlar hansı vəziyyətdə idilər? Ənənələr və dəyərlər haqqında çox danışın. Bu gün tarixi rəmzlərimiz xarabalıqdadır"-deyə Paşinyan iddia edib.

Paşinyan Ermənistanın hansı “12 paytaxt”ıdan danışır? Halbuki, gerçəkdən belə paytaxtlar mövcud olmayıb.

Ekspertlər hesab edir ki, Paşinyan da erməni xəstəliyindən əziyyət çəkir və onun iddia etdiyi paytaxt söhbəti nağıldan və mifdən, uydurmadan başqa bir şey deyil.

Azərbaycan tarixçiləri qeyd edirlər ki, heç ən qədim dövlətlərin bu qədər paytaxtı yoxdur, bu halda Ermənistanın “12 paytaxtı”nın olması absurddur.

  • Aydın Quliyev: “…Paşinyan ermənilər üçün 12 paytaxtı hardan icad etdi?!”

“Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev rəsmi Feysbuk səhifəsində Paşinyanın yeni iddiasına "Qədim Ermənistanın 12 paytaxtı?- Bu qədər yalan olar?... başlıqlı statusla cavab verib: “Bu Paşinyana tarixi kim öyrədib, bilmirəm. Elə ağılalmaz şeylər danışır hərdən... Məsələn, deyib ki, tarixi Ermənistanın 12 paytaxtının 6-sı bu gün Ermənistan respublikasının ərazisindədir...Yalana bax ey...

Bizim eranın 2 min ili də daxil olmaqla Misirin 5 min illik dövlətçilik tarixində bilgilərim qədim Fiv, Memfis, Nubiyadan başqa paytaxt şəhərlər düşünməyə yetmədi. Qədim Çin də bunun kimi. Qədim Altay və Mərkəzi Asiya türklərinin Qərbə doğru eramızın əvvəllərindən başlanmış 1500 illik yürüş və oturuşma tarixində 20-dən çox türk paytaxtın adını çəkmək olar. Biz böyük və mübahisəsiz dövlətçilik tarixi olan türklərik...

Bəs bu Paşinyan ermənilər üçün 12 paytaxtı hardan icad etdi?! Bir Tiqranakert adlı mifik şəhərdən yapışırlar. Dəqiq yerini də bilmirlər. Gah deyirlər Ağdamın yanında Şahbulaq qalasının həndəvərində olub, gah da deyirlər Tiqranakert elə indiki Diyarbəkir deməkdi. Bir Ani şəhərindən danışırlar, bu da əsasən xristian səlibçi "Tapınaq Şevalyelərinin" qalası kimi məşhurdur.

Eçmiədzindən danışırlar. Bunu da 1447-ci ildə, yəni türklərin Konstantinopolu tutmasından 6 il qabaq Qaraqoyunlu Yusif şah Suriya sərhədlərindən qaçıb gəlmiş ermənilərə gümüş pulla satıb. Yəni kökdən erməni şəhəri deyil. Daha nə qaldı?

Sözü tarixçi tədqiqatçılara buraxdım...”

  • Qasım Hacıyev: “Paşinyanın “12 paytaxt”dan bəhs etməsi və onun 6-nın indiki Ermənistan ərazisində olduğunu iddia etməsi onun savadsızlığının nəticəsidir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev də “Bakı-Xəbər”ə şərhində bildirdi ki, tarixdə XX əsrin məlum dövrünə qədər Ermənistan adlı dövlət olmayıb və Paşinyanın da dedikləri tamamilə yalandır. “Paşinyan siyasəti çox yarıtdı, indi də tarixə meyl edir. Ermənistanın baş nazirinin iddiası tamamilə cəfəngiyatdır. Bilirsiz ki, uzun illərdir erməni tarixçiləri qondarma erməni tarixi yaratmaqla məşğul olub və bu saxta tarix də ermənilərin beyninə yeridilir. Erməni tarixçilərinin yazdıqlarının çox böyük əksəriyyəti vaxtilə uydurduqları əfsanələrdən ibarətdir. O əfsanələrin əsasında da cəfəngiyatlar irəli sürürlər. XIX əsrdən sonra erməni alimləri dırnaqarası mənbələr yaradıblar və tarixlərini də mənbələr əsasında yazıblar. Bizim bölgədə ən çox tarixi saxtalaşdırma işini farslarla ermənilər edib. Çünki qondarma mənbələr yaradıblar. XIX əsrin sonu, XX əsrin əvvəllərində yetişən erməni “alimləri” qrupu var gücü ilə saxtalaşdırma işinə başlayb və məqsəd də Ermənistan adlı dövlətin tarixini yaratmaq olub. Erməni tarixçilərinin uydurduqları “Böyük Ermənistan” kimi, “12 paytaxt” iddiası da əsassızdır. Ermənistan adlı dövlət harada olub ki, onun paytaxtları da olsun? Ermənilərin bizim coğrafiyada XX əsrin əvvəllərinə qədər dövləti olmayıb. Bu bölgədə heç bir tarixi dövlətləri olmadığı halda Paşinyanın “12 paytaxt”dan bəhs etməsi və onun 6-nın indiki Ermənistan ərazisində olduğunu iddia etməsi onun savadsızlığının nəticəsidir. Özünü hökumət başçısı sayan bir adamın bu cür qeyri-real məsələ barədə danışması gülünc görsənir. O, bu gülünc açıqlama ilə “Böyük Ermənistan” xülyasını yenidən gündəmə gətirmək istəyir, amma arxası saxtakarlığa söykənən bir nəsnə heç zaman ayaq tutub yeriyə bilməz. XX əsrin əvvəllərindən başlayaraq Nikita Emin, Haqqanyan, Şahnazaryan, sonrakı dövrlərdə Erimyan və onların yetişdirmələri olan Ayvazyan, Mkrtçyan, Arutunyan  və başqaları o qədər yalanlar yazıblar ki, özləri də öz yalanlarının içində itib-batıblar. Erməni tarixçiləri heç zaman yalan yazmaqdan utanmayıblar. Tənqid edilsələr də belə, öz “ənənələr”indən əl çəkməyiblər. Bu baxımdan, Paşinyan da onların yazdıqlarını təkrar edib və onlara “saxtakarlığı davam etdirin” mesajını verir ki, indi də bu yalanla cəmiyyətin başını qatın. Erməni alimləri “ideologiya”nı bu yolla yaradır” - deyə Q.Hacıyev qeyd etdi.

Q.Hacıyevin sözlərinə görə, indiyə qədər nə yazılıblarsa hamısı yalan üzərində yazılıb. O qeyd edir ki, onlar “tarixi paytaxt”larından danışarkən başqa ölkələrin ərazilərini nəzərdə tuturlar. Ermənilərin çürük ideologiya əsasında başqa dövlətlərə qarşı ərazi iddiası irəli sürdüyünü deyən Q.Hacıyev bildirir ki, onlar “qədim paytaxt” iddiası irəli sürüb başqa dövlətlərdən torpaq umurlar.

Dünyanın çox ölkəsinin öz məqsədləri üçün erməniləri ortaya ataraq onların “ermənilik xəstəliyindən” istifadə etdiklərini deyən Q.Hacıyevin qeyd etdiyinə görə, ortada çoxlu qanlar axıdılır. “Ermənilər ən azından üç-dörd ölkənin ərazisində “Tiqranakert” “tapıb”lar. Bu nə deməkdir? Bu saxtakarlıqdır. Belə bir şəhər olmayıb. Ermənilər tarixi də, qədim əlyazmaları da, arxeoloji tapıntıları da saxtalaşdıra bilirlər. Onlar üçün sınır yoxdur. Paşinyan hansı şəhərləri nəzərdə tutub bilmirəm, amma onun dedikləri yalandan başqa bir şey deyil”-deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ