Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktorunun müavini işdən azad edilib.
Trend xəbər verir ki, belə ki, vəzifə təlimatı qaydalarını pozaraq, vəzifələrinin icrasına laqeydlik göstərdiklərinə görə Perinatal Mərkəzin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilərək həkimlər sırasından çıxarılıb. Həmçinin 3 şöbə müdiri tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilib, 1 mama-ginekoloqa isə töhmət intizam cəzası verilib.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub.