İyun ayının 15-də Laçında, Güləbird kəndində, Həkəri çayının üstündə, suveren Azərbaycan ərazisində sərhədçilərimiz Bayrağımızı qaldıran zaman, Ermənistan ərazisindən atəş açıldı və sərhədçimiz yaralandı.
Bu ünvanlı atəş, Azərbaycan Respublikasına qarşı həyata keçirilən dövlət terroru idi. Azərbaycan sərhədçilərinə açılan atəş təsadüfdürmü, ya planlı aksiyadır?
23 aprel 2023-cü ildə Azərbaycan Laçın rayonunun ərazisində Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi yerləşdirdi. Bu, Laçın yolundan Qarabağdakı erməni separatçılarını mütəşəkkil formada silahlandıran Rusiya, İran və Ermənistan qüvvələrinə verilən məcburi cavab idi.
3 tərəfli Bəyanatın imzalandığı tarixdən 31 ay keçib, amma nə Rusiya, nə də Ermənistan Azərbaycanın Qarabağ bölgəsindən 20 000 silahlı erməni terrorçusunu çıxarmaq istəmirlər. Bu da azmış kimi, onları müntəzəm şəkildə silahlandırır və İrandan Azərbaycan ərazisinə yeni terrorçular gətirirlər. Azərbaycan dəfələrlə xəbərdarlıq etdi, Laçın yolundan militarist məqsədlərlə istifadənin yolverilməz olduğunu söylədi, amma nə Rusiya, nə də ki Ermənistan tutduqları işğalçılıq niyyətlərindən əl çəkmədilər. Sonunda Azərbaycan məcbur olub, öz suveren ərazisində, yola nəzarət məqsədilə Laçın rayonunda sərhəd-keçid məntəqəsi yerləşdirdi.
Azərbaycanın bu qanuni addımı erməni işğalçılarının və bölgəsəl qeosiyasi dəllalların və tarixi qumarbazların xoşuna gəlmədi. Azərbaycan ərazisini 200 ildir qan gölünə çevirən Rusiya, Quzey Azərbaycan dövlətinin varlığını yuxuda belə sinirə bilməyən İranın molla sürüsü, tarixini müsəlman qanı ilə yazan Fransa, anti-Azərbaycan müstəvisində ulayan çaqqal xoru təşkil etdilər və eyni notda ulamağa başladılar.
Qanunun kimin tərəfində olduğu saydığım qeosiyasi qumarbazların vecinə belə deyil. Rusiya Azərbaycan ərazilərini dədəsinin ənənəvi bostanı, İran bu əraziləri İrandan qoparılmış tarixi torpaqlar, erməni parazit sürüsü isə buraları böyük Ermənistan adındakı nağılın bir hissəsi sayır.
Qəribəsi odur ki, üç uydurmanın üçü də bir-birinə ziddir, amma uyduranlar həmrəydirlər. Bu isə o deməkdir ki, bu üç müxtəlif uydurmanın tək məqsədi var- İşğal. Eyni zaman kəsiyi üçün üç qeosiyasi artistin üçü də Azərbaycan torpaqları mənimdir, deyirsə və üçü də bununla razıdırsa, iddiaların saxtakarlıq dozasının səviyyəsini ölçməyə dəyməz.
Deməkdir ki, Laçında bizim sərhədçilərə açılan atəş, bu üç bölgəsəl təcavüzkarın və bölgəyə aid olmayan, amma türk-müsəlman fobiyası ilə qədimdən azarlamış Fransanın xəstə arzularına cavab verir.
Azərbaycan sərhədçilərinə atəş açan ermənidir, bəs sifarişçi kimdir? Rus, fars, fransız, yoxsa xəstə erməni parazitləri? Yoxsa hamısı? Bəlkə sülh prosesinin əleyhində çalışanlar? Amma bunların hamısı sülhün əleyhinədir. Bəlkə bu terror aktının arxasında hamısı dayanır?
Görünən odur ki, yerdə sülhün düşməni missiyasını ən yaxşı icra edən Rusiyadır. Ona züy tutub, qaloşluq edən İranın yırtıcı molla briqadasıdlr. Molla ilə urusun tandeminə zəhər pompalayan isə Fransanın keçinməkdə olan prezidenti qeyri-ənənəvi Makron "kişidir".
Deyilənlərdən çıxan nəticə odur ki, bizim Laçındakı sərhədçilərimizə atəş açanda tətiyi çəkən erməni parazitidir, tüfəngi doldurub, "огонь"- deyib anqıran rusdur, ermənini qucaqlayıb, "öldür azərini" deyib, ulayan İran mollasıdır, Avropadan şüvən qoparıb, ermənicə mələyən isə qeosiyasi ayıbın nə olduğunu bilməyən və 44 günə Hitlerin çəkmələrini yalayan fransız dinsizləridir....
Mehman İsmayılov