Bu Paşinyana tarixi kim öyrədib, bilmirəm. Elə ağılalmaz şeylər danışır hərdən... Məsələn, deyib ki, tarixi Ermənistanın 12 paytaxtının 6-sı bu gün Ermənistan respublikasının ərazisindədir. Yalana bax ey...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bizim eranın 2 min ili də daxil olmaqla Misirin 5 min illik dövlətçilik tarixində bilgilərim qədim Fiv, Memfis, Nubiyadan başqa paytaxt şəhərlər düşünməyə yetmədi. Qədim Çin bunun kimi. Qədim Altay və Mərkəzi Asiya türklərinin Qərbə doğru eramızın əvvəllərindən başlanmış 1500 illik yürüş və oturuşma tarixində 20- dən çox türk paytaxtın adını çəkmək olar. Biz böyük və mübahisəsiz dövlətçilik tarixi olan türklərik...
Bəs bu Paşinyan ermənilər üçün 12 paytaxtı hardan icad etdi?! Bir "Tiqranakert" adlı mifik şəhərdən yapışırlar. Dəqiq yerini də bilmirlər. Gah deyirlər Ağdamın yanında Şahbulaq qalasının həndəvərində olub. Gah da deyirlər "Tiqranakert" elə indiki Diyarbəkir deməkdir. Bir Ani şəhərindən danışırlar, bu da əsasən xristian səlibçi "Tapanaq Şuvalyelərinin" qalası kimi məşhurdur. Eçmiədzindən danışırlar. Bunu da 1447-ci ildə, yəni türklərin Konstantinopolu tutmasından 6 il qabaq Qaraqoyunlu Yusif şah Suriya sərhədlərindən qaçıb gəlmiş ermənilərə gümüş pulla satıb. Yəni kökdən erməni şəhəri deyil. Daha nə qaldı?
Sözü tarixçi tədqiqatçılara buraxdım...
Tahir TAĞIYEV