Şuşa Bəyannaməsi bütünlüklə tarixi əhəmiyyətlidir, lakin bir əvvəl, bir son cümləsi təklikdə də böyük tarixlərin mövzusu olmağa yetər.
Əvvəlki cümlə - Şuşa bütün türk dünyasının qədim mədəniyyət beşiyidir.
Son cümlə - Bu bəyannamə Azərbaycan türkcəsi və Türkiyə türkcəsində iki nüsxədə imzalanır.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Təsəvvür edirsiniz bu nə deməkdir? Xüsusən son cümlə... Şuşa Bəyannaməsi ilk rəsmi və beynəlxalq sənəddir ki, Azərbaycan dövləti olaraq dilimizin adını dəqiq ehtiva etdi - Azərbaycan türkcəsi...
Əminəm ki, Azərbaycanın konstitusiyası dəyişəcək. Bunu zəruri edən xeyli əsaslar var. Yeni konstitusiyada və ya konstitusiyanın yeni redaksiyasında dilimiz belə də adlanacaq - Azərbaycan türkcəsi...
Yaşa, yaşa, çox yaşa, Şuşa Bəyannaməsi...!
Tahir TAĞIYEV