ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutu və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Rəqəmsal mediada storytelling və müasir publisistika" təlimi keçirildi.
İyunun 13-də başlayan təlim iyunun 14-də də davam edib. Təlimlərin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli xəbər məzmununun müxtəlif forma və platformalarda istehlak edilməsindən, bu məqamların keyfiyyətə birbaşa təsir göstərməsindən, media məhsullarının hazırlanmasında yeni üsulların əhəmiyyətindən danışıb.
Təlimlərin keçirilməsində əsas məqsəd 360 dərəcəli məzmun tərtibatına dair bacarıqların artırılması və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir.
13-14 iyun tarixlərində keçiriləcək təlim proqramı çərçivəsində “Haber Global”ın mütəxəssisi Can Mumay multimedia vasitələrindən istifadə edərək jurnalistika fəaliyyəti ilə məşğul olma, müasir mediada məzmunun daha interaktiv formada təqdim olunması imkanları, şəkillər, videolar, infoqrafika və səs effektləri kimi bir çox elementləri bir araya gətirərək xəbərlərin təsvir edilməsinə dair öz təcrübəsini bölüşdü. Proqram çərçivəsində iştirakçılara məqalə mətnlərinin ilkin versiyaları, daha sonra videomətn versiyaları, o cümlədən hər bir xəbər mətninin ümumiləşdirilərək “Twitter”də təqdimat formaları nümayiş etdirildi. Məqsəd təlimin sonunda auditoriyada 360 dərəcə məzmun dizaynı haqqında məlumatlılığı artırmaqdır.
Can Mumay rəqəmsal medianın özəlliklərindən danışdı.
Qeyd edildi ki, bu gün rəqəmsal mediada xəbərlər bir çox formada istehlak olunur, bu formalarda ifadə olunarkən bəzən məzmunun keyfiyyəti azalır. Çap olunmuş qəzetdə mətn məzmun baxımından zəngin ola bilsə də, onun uyğunlaşdırılmış televiziya yayımı, Instagram postu, şaquli Reels videosu və eyni zamanda Youtube məhsulu əvvəlki zənginliyi əks etdirməyə bilər. Bunun əsas səbəblərindən biri məzmun redaktə edilərkən elə ilk mərhələdə onun tək bir media vasitəsi üçün yazılmasıdır.
Bu gün dünyada rəqəmsal transformasiyanı təmin edən ölkələrin mediası bu məzmuna vahid bir marka kimi baxır və onun 360 dərəcə yayımlanması sulları üzərində işləyir. Məzmunun 360 dərəcə uğurlu bir şəkildə yayımlanması markanın digər kanallardakı nüfuzunu artıracaq və eyni zamanda, rəqəmsal brend olaraq fərqli bir ad qazanmasına imkan verəcək.
Keçirilən təlimdə Haber Global Web Xüsusi xidməti xəbər məzmunlarının necə bir neçə formada təqdim olunmasını kazuslar vasitəsilə nümayiş etdirildi, bir televiziya kanalının rəqəmsal transformasiya prosesindəki təcrübələri izah edildi. İnsan resurslarının prosesə tədricən necə uyğunlaşdığı qeyd olundu.
İştirakçılara nümunə kimi yazılmış xəbər mətnlərinin ilkin versiyaları, daha sonra video mətn versiyaları və nəticədə çevrildikləri şaquli videolar nümayiş etdirildi. Hər bir xəbər mətni də ümumiləşdirilərək Twitter-də silsilə halına gətirilə bilər. Məqsəd dərsin sonunda auditoriyada 360 dərəcə məzmun dizaynı haqqında məlumatlılığı artırmaqdır.
Bütövlükdə, təlim çox məhsullar və məzmunlu keçdi, bir sıra yeniliklər əxz etdiik ki, bunlardan da fəaliyyətimiz dövründə istifadə edəcəyik.
İradə SARIYEVA