çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Daşnaklar sülhə qarşı - Ermənistanda terror aktları gözlənilir...

Image


Ölkənin baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına mane olmaq üçün Ermənistan İnqilabi Federasiyası - “Daşnaksütyun” xalq üsyanına hazırlaşır və müqavimət cəbhəsi yaradır.

“Daşnaksütyun” Ali Orqanının yeni seçilmiş nümayəndəsi İşxan Saqatelyan bu xüsusda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə daxilində müqavimət olmasa, Ermənistanın baş naziri bu sənədi imzalayacaq, çünki Paşinyanla Əliyev arasında prosesin tamamlanması ilə bağlı razılaşma var və bu il ərzində proses başa çatmalıdır: “Paşinyanın elan etdiyi sülh müqaviləsi deyil, bu, yeni bir təslimiyyətdir. Və sənəd imzalansa, bunun erməni xalqı üçün fəlakətli və faciəli nəticələri olacaq. İstəsəniz, bunun qarşısını almağın yeganə yolu xalq üsyanının təşkili və müqavimət cəbhəsinin formalaşdırılmasıdır. Biz buna nail olmalıyıq və hazırda əsas vəzifəmiz bu sənədin imzalanmasının qarşısını almaqdır. Ona görə də xalq üsyanı təşkil etmək, xalqı mübarizəyə cəlb etmək lazımdır”.

Saqatelyan bildirib ki, “Daşnaksütyun”un xalqı necə səfərbər etmək fikri var, lakin onlar əvvəlcə bütün ideyalarını parlament və parlamentdənkənar qüvvələrlə müzakirə edəcək, yalnız bundan sonra “döyüşə” çıxacaqlar. İşxan Saqatelyan şərtləri dəqiqləşdirməsə də, aksiyaların yayda başlayacağını təsdiqləyib: “Nikol Paşinyanın Qarabağı Azərbaycana təslim etmək mandatı yoxdur. Bu, xalqımızın qəzəbinə, müqavimətinə və üsyanına layiq olan tamamilə anti-konstitusion, dövlət əleyhinə, qeyri-qanuni prosesdir. Xalqımızın taleyini bir nəfər həll edə bilməz. Biz isə hər şeyi edəcəyik, bu vəziyyətdən çıxmaq üçün hər cür mübarizə aparacağıq. Hazırda konkret bir gün, vaxt, məkan deyə bilmərəm, amma çox dəqiq deyirəm ki, biz bu işə bütün gücümüzü sərf edəcəyik. Ən azından xalqımızın bu prosesə qarşı olduğunu ifadə edən addımlar görəcəksiniz”. İşxan Saqatelyan digər siyasi qüvvələrlə müzakirələrə başlayıb-başlamamaları ilə bağlı məsələyə toxunmayıb, sadəcə qeyd edib ki, hazırda bütün qüvvələrin vəzifəsi gözlənilən fəlakətin bütün nəticələrini insanlara izah etməkdir. O vurğulayıb ki, son üç ildə uğursuzluqlarının əsas səbəbi bu təhlükələri kütlələrə izah edə bilməmələri və onları mübarizəyə cəlb edə bilməmələridir. Ancaq son bir ildə vəziyyət dəyişib: “Əgər keçən il Nikol Paşinyan “plankanın” aşağı salınmasından danışırdısa, sonra biz təhlükələri çox açıq şəkildə bəyan edib döyüşə çıxmışdıqsa, o zaman çoxları baş verənlərdən dərindən xəbərsiz idi və bizi hakimiyyət uğrunda mübarizədə ittiham edirdi. İndi isə hesab edirəm ki, hər kəsə aydındır, həmin şəxs Azərbaycanın tərkibində Qarabağı tərk etmək yolunda olduğunu aydın şəkildə bəyan edib. Bu isə bütün erməni xalqı, o cümlədən Ermənistan Respublikası və dövlətçiliyimiz üçün fəlakətli və faciəli nəticələrə gətirib çıxaracaq”.

İşxan Saqatelyanın sözlərinə görə, Paşinyan təslim olmağı təklif edir. O qeyd edir ki, buna qarşı çıxmaq üçün “Daşnaksütyun”un, xalqın resursları var: “Ermənistan Respublikasının hakimiyyət orqanları ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistan vətəndaşı olan bir erməninin təhlükəsizliyini təmin etmək əvəzinə aşağıdakı düsturu təklif edir: ölkənin bir hissəsini xilas etmək üçün təslim olmaq. Biz inanırıq ki, bu, özünü məhv etmək yoludur. Erməni xalqının öz vətəni uğrunda döyüşmək, onu müdafiə etmək, düşmənə təslim olmamaq üçün resursu, imkanı var. Biz alternativin olduğuna inanırıq”. Bu arada iqtidar əmin edir ki, müxalifətin qarşıdakı aksiyaları onları narahat etmir. Bundan başqa, parlamentin sədri Alen Simonyan “Daşnaksütyun”a xoş yay arzulayıb: “Yaxşı, uğur qazansınlar, uğur qazansınlar, iki-üç faizdən çox səs toplayıb, davam etsinlər. Hətta Robert Köçəryan da, məndə olan məlumata görə, onlarla heç bir şəkildə ünsiyyət qurmaq istəmir. İstədiklərini etsinlər... Yayınız xoş keçsin”. Qeyd edək ki, daşnakların sülh prosesinə qarşı çıxması, ölkəni yeni fəalkətə yuvarlaması Ermənistanda da xoş qarşılanmır. Elə bu fonda Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Akop Aslanyan qeyd edir ki, “Daşnaksütyun” Partiyasının fəaliyyəti qadağan olunmalıdır. Onun sözlərinə görə, “Daşnaksütyun” Ermənistanın müxtəlif rayonlarındakı yerli təşkilatlarını bağlayıb. A.Aslanyan bunu dürüstlük kimi qiymətləndirib. O vurğulayıb ki, ölkədə “Daşnaksütyun”un fəaliyyət göstərməsi üçün qanuni əsas yoxdur. O deyib ki, partiya fəaliyyətini bərpa etmək üçün qurultay keçirməlidir, ancaq daşnaklar bunu etməyib: “Bəli, “Daşnaksütyun” antierməni təşkilat olduğuna görə fəaliyyətini dayandırmalıdır. Bunu yalnız mən demirəm, tanınmış insanlar da bu fikirdədir”.

O, “Daşnaksütyun” Partiyasını xaricə casusluqda ittiham edib və bununla bağlı əlavə araşdırmalar apardığını, materiallar topladığını deyib. Qeyd edək ki, “Daşnaksütyun” Partiyası 1890-cı ildə Tiflisdə  yaradılıb. 1994-cü il dekabrın 28-də Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyanın sərəncamına əsasən, siyasi partiyalar haqqında qanunu pozduğu üçün fəaliyyəti qadağan olunub. Fəaliyyətində “Daşnaksütyun” terrora daim üstünlük verib. Bu dəfə onun məqsədlərinə çatmaq üçün Ermənistan daxilində terrora əl atması istisna olunmur.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ