Şuşa yeni tarixi hadisə ərafəsindədir. Ərdoğanın Bakıya səfəri zamanı Şuşada qardaş ölkənin Baş Konsulluğunun açılacağı anons edildi. Böyük və əhəmiyyətli qərardır. Şuşada Azərbaycan-Türkiyə strateji müttəfiqlik bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ilə bir vaxta düşməsi onun siyasi və strateji önəmini daha da artırır...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bir neçə ay əvvəl İran Ermənistan ərazisindəki Qərbi Zəngəzurun Gorus şəhərində Baş konsulluq açmışdı, ardınca Rusiya da bu yaxınlarda Gorusda Baş Konsulluq açacağını bəyan etmişdi... Bu məntəqədə ruslar və iranlılar konsulluq açmaq üçün niyə belə "əldən gedirlər"? Məlumdur niyə... Gorus vaxtilə bir hissəsi bizdən kəsilərək Ermənistana verilmiş Zəngəzurun və düz 600 il əvvəl Fateh Teymurun dedyi kimi, "Cənnət Qarabağın" açarıdır.
Beləliklə, Gorusda Rusiya və İran Baş konsulluqları, Şuşada Türkiyənin Baş Konsulluğu...
Əla cavab və ya əla balansyaratma addımı da adlandırıla bilər. Lakin İranın və Rusiyanın Ermənistanda nə edib-etməmələrindən asılı olmayaraq qardaş ölkənin Şuşada Baş Kosulluğunun açılması tarixi zərurətdir...
Tahir TAĞIYEV