Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacib məqamdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Ermənistanda Paşinyana münasibət də çox, çox önəmlidir. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb", - deyə R.T.Ərdoğan bildirib.