Rusiya prezidenti Vladimir Putin Mixail Yevdokimovun Rusiyanın Azərbaycan səfiri təyin edilməsi haqqında fərman imzalayıb. Digər fərmanla Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib.
Fərmanlar hüquqi informasiya portalında dərc olunub.
Yevdokimov 3 avqust 1959-cu ildə anadan olub. 2011-ci ilin noyabr ayından etibarən RF XİN MDB ölkələri üzrə Birinci Departamentin direktoru olub.