Rusiyanın Tula şəhərindəki erməni icmaları Artur Astryan adlı bir şəxsin ətrafında sıx birləşdiklərini deyiblər. “Səlibçilərin Azadlıq Hərəkatı” adlə quruma başçılıq edən Artur Astryanın özünün də Tula şəhərində olduğu və oradakı nüfuzlu erməni diaspor liderləri ilə görüşdüyü bildirilir.
Çox maraqlıdır, ortaya atılan bu yeni erməni fiqur kimdir ki, Rusiya ermənilərin onun başına toplaşmaq qərarına gəlib?
Uzun müddət Rusiyada fəaliyyət göstərmiş tanınmış diaspor fəalı və müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Asatryan “Don Pipo” ləqəbli erməni kriminal avtoritetdir və hazırda Ermənistanın materialları əsasında qiyabi həbslə axtarışdadır: “İstintaqla müəyyən edilib ki, o, həyat yoldaşının qohumu ilə birlikdə mütəşəkkil cinayətkar qrup yaradaraq ona nəzarət edib, sonra daha əvvəllər yaratdığı özəl mühafizə idarəsini qeydiyyatdan keçirərək nəzarətçiləri mühafizəçi kimi işə qoturüb. Qrup birləşmələri müxtəlif növ odlu silah və döyüş sursatları əldə edir.
Qeyd olunur ki, 2021-ci ilin martında Vaqarşapatda Asatryanla cinayət işi üzrə digər üç təqsirləndirilən şəxs arasında mübahisə yaşanıb. Atışma baş verib və bu zaman biri başından güllə yarası alıb.
Daha sonra döyüş zamanı "Don Pipo"nun qardaşı öldürülüb və bundan sonra Asatryan Ermənistanı tərk edib.
Hazırda hüquq-mühafizə orqanları işin hər tədqiqinə nəzarət edir”.
Ekspertin sözlərinə görə, “Don Pipo” ləqəbli erməni kriminal avtoritet Moskvada yüzlərlə alış-veriş pavilyonunun sahibi olan “Danvesta” şirkətinin təsisçisidir: “Bundan əlavə, kommersiya strukturu tikinti ilə məşğul olur, Bogorodski və Panorama ticarət mərkəzlərini idarə edir, “Cityman” taksi xidmətinə, “Sergiev Posad” un dəyirmanına sahibdir, Nortex içkilərinin distribütorudur, həmçinin hazır yeməklər istehsal edir. Artur Asatryan Avropa çempionu olub, sonra böyük idmanı tərk edərək bizneslə məşğul olmağa başlayıb.
Belə “qaranlıq” bir adamın Rusiyada açıq siyasi təbliğatla məşğul olması rəsmi Moskvanın xeyir-duası olmadan mümkün deyil. Rusiya ona həm də yaxşı biznes şəraiti yaradıb. Bu, Rusiyanın ermənilərə və Paşinyan hakimiyyətinə təsir rıçaqı əldə etmək üçün yeni layihəsidir. Zamanında Rusiya belə təzyiq üsulundan Azərbaycana qarşı da “Milyarderlər İttifaqı”nı yaratmaqla istifadə edib”.
Asatryan 5 aprel 1971-ci ildə Eçmiədzin (Ermənistan) şəhərində anadan olub. Musiqi məktəbində oxuyub, sonra boksla məşğul olub. 1987-ci ildə Artur Asatryan Avropa çempionu olub. 1991-ci ildə böyük idmanı tərk edərək bizneslə məşğul olmağa başlayıb. Tərəfdaşları ilə birlikdə o, Moskvada baş ofisi olan pərakəndə ticarət və ictimai iaşə ilə məşğul olan Danimarkanın Danvesta şirkətini alıb. 2007-ci ildə Artur Asatryanın səyləri ilə Romada qondarma “erməni soyqırımı”nın xatirəsinə xaçkar ucaldılıb. 2012-ci ildə o, sosial istiqamət adına xeyriyyə fondu yaradıb və bu fond həm də Ermənistanda və xaricdə təhsil layihələrini təbliğ edir.
Məhəmmədəli QƏRİBLİ