ATƏT-in Minsk Qrupu 30 il boyunca Azərbaycana addım atmağa imkan vermədi. Lakin Azərbaycan öz haqq davasını özü həll etdi.
Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxış edərkən bildirib.
"Qərarlı və inanclı olduğunuz zaman nəticə əldə edə bilirsiniz. Azərbaycan da bu nəticəni əldə etdi", - deyə R.T.Ərdoğan əlavə edib.