Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, səfər zamanı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sülh və sabitliyə yönəlik bəyanatlarla çıxış edəcəklər.