23/09/2023 05:26
728 x 90

"Şimal-Cənub dəhlizi Süveyş kanalının potensial rəqibidir" - Mişustin Əsədovla görüşdə...

img

RF-nin baş naziri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədovla görüş zamanı bəyan edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi perspektivdə Süveyş kanalına rəqib olacaq.

"Biz nəqliyyat və logistikanı birgə nəzərdən keçiririk. Biz Rusiya və Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edə, tranzit potensialını daha fəal inkişaf etdirə bilərik. Söhbət sərhəd keçidlərinin ötürmə qabiliyyətinin artırılması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu, avtomobil, dəniz infrastrukturunun inkişafından gedir, hansı ki, əminəm ki, gələcəkdə Süveyş kanalının rəqibi olacaq", - Mişustin bəyan edib.

“İnterfaks-Azərbaycan”ın məlumatına görə, o qeyd edib ki, mütəxəssislərin hesablamalarına əsasən, bu, Baltik dənizindən Fars körfəzində limanlara qədər yüklərin çatdırılma müddətini 10 günədək azatmağa imkan verəcək.

Peşə etikası

Son xəbərlər