çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“9 iyun 1993-cü ildə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu” - Vüqar Rəhimzadə

Image


İllər biri-birini əvəzlədikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, proseslərin düzgün dəyərləndirilməsinə yeni imkanlar yaranır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 9 iyun tarixində xalqın təkidli tələbi ilə Bakıya qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu.

Ümumilikdə 1991-1993-cü ilin ortalarına qədər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xarakterizə olunur.  O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik təcrübəsinin yoxluğu, ən əsası dövlət maraqlarını şəxsi ambisiyalarına qurban vermələri ölkəni “Olum, ya ölüm” dilemması qarşısında qoymuşdu. Həmin dövrdə  silahlı qüvvələrin torpaqlarımızın Ermənistanın getdikcə daha intensiv xarakter alan hərbi təcavüzündən qorunmasına deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına şərait yaradırdı. Xüsusilə özünün yarıtmaz idarəçiliyi nəticəsində ölkəni vətəndaş müharibəsi həddinə çatdıran xəyanətkar AXC-Müsavat hakimiyyətinə qarşı 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş verən hərbi qiyam vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycan vətəndaş müharibəsinin astanasına gəlib çatmış, müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ulu Öndər Heydər Əliyevə üz tutdu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəlməsi Azərbaycanın gələcək taleyini düşünən hər kəsin qəlbində dərin kök salmış narahatlığa son qoydu, insanların sabaha itmiş inamlarını özünə qaytardı.  Xalq əmin idi ki,  Ümummilli Lider Azərbaycanı düçar olduğu fəlakətdən xilas edəcək. Belə də oldu. Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması həmin o tarixi günlərdən başlandı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Gəncə hadisələrinin səbəb və nəticələrini öyrənmək üçün iyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət bir qrupla Gəncəyə gedən Ulu Öndər Heydər Əliyev sadə vətəndaşlarla, hərbçilərlə görüşərək  qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, ölkəni düçar olduğu siyasi böhrandan xilas etməyin yolları barədə tövsiyələrini bildirdi. Ümummilli Lider  görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında fikirlərini açıqladı. Məhz həmin gün Azərbaycanın çoxəsrlik  tarixinə əlamətdar hadisə kimi yazıldı. Belə ki, sessiyada deputatların yekdil səsverməsi ilə Ümummilli Lider  Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarixi hadisə ilə   Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. 15 iyun 1993-cü il  Azərbaycanın dövlətçilik tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.

YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı xüsusi vurğulayıb ki, dövlət başçısı  İlham Əliyev daim çıxışlarında  tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin təhlil edilməsinə, gələcək nəsillərə çatdırılmasına çağırışlar edir. Azərbaycan gəncləri ölkəmizin müstəqillik yolunun heç də hamar olmadığını bilməli, bugünkü uğurlarımızın təməlində dayanan amillər barədə aydın təsəvvürə malik olmalıdırlar. Ölkə Prezidentinin Sərəncamı ilə  2018-ci ilin  ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2023-cü ilin isə “Heydər Əliyev İli” elan edilməsi dövlətimizin müstəqillik tarixinin vərəqlənməsində, gənc nəslə daha dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynayır. Bu, hər kəsin qəbul etdiyi reallıqdır ki, 1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyev bildirir ki, əslində, bizim müstəqillik tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Ona görə Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, müasir Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir.

Vüqar Rəhimzadə bildirib ki, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlət kimi yaşayıb inkişaf edir. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Siyasi islahatlar həyata keçirildi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış müdrik siyasəti nəticəsində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə çevrildi. 1994-cü il sentyabrın 20-də Ümummilli Liderin gərgin səyləri nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın xarici siyasət uğurlarının biri-birini əvəzləməsi yeganə problemimiz olan keçmiş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. Nizami ordu yaradıldı. Azərbaycanın davamlı uğurlarının fonunda dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizlə bağlı arzuları reallığa çevrildi. Azərbaycan dünyaya Günəş kimi doğdu. Ən çətin günləri arxada qoyan Azərbaycanın imzası imzalar arasında xüsusi seçildi.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, ölkəmizin bugünkü uğurları Ulu Öndər  Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Cənab  İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən bəyan etdi ki,  Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan daha da qüdrətli, zəngin dövlətə çevriləcək, hərtərəfli inkişafa nail olacaqdır. Bu gün əminliklə deyə bilərik ki, son 20 ilə yaxın dövrün reallıqları Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan əminliyin təsdiqidir. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə ifadə etdi. Eyni zamanda, bildirdi ki, axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev axıra çatdıracaq. Təbii ki, Ümummilli Liderin əsas amalı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmiz tarixi Zəfərimizin reallıqlarını yaşayır və qalib dövlət kimi öz şərtlərini diktə edir, regionda və dünya siyasətində yeniliklərə yol açır. Azərbaycan şanlı Qələbəsi ilə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 30 ilin işğalına 44 gündə son qoyulması Heydər Əliyev siyasətinin təntənəsidir. Qələbəmizdən dərhal sonra bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Hazırda Böyük Qayıdış proqramı uğurla icra edilir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, uğurlarımızın miqyası genişdir. 1993-cü ildən başlanan yol Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Bu yol daim ölkəmizə uğur gətirəcək. Azərbaycan xalqının dünyanın xoşbəxt xalqları sırasında yer almasını təmin edən əsas amil məhz dövlətinin, xalqının gələcəyini düşünən, ölkəsinin  imzasının əhəmiyyətini daha da möhkəmləndirən Liderinin olmasıdır. 1993-cü ildə reallaşan tarixi Qayıdışdan Zəfərə doğru istiqamətlənən yolun  uğurları növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində zəngin bazadır. Bu gün Ulu Öndər Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olunan Azərbaycanın qarşısında geniş imkanlar açılır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ