02/10/2023 08:57
728 x 90

Ermənilər Gürcüstanın üzərindən dünya ilə əməlli-başlı yükdaşıma qurublar - 1.5 milyon ton...

Rəsul Cahangirli: “Gürcüstanın dövlət orqanlarında gürcüləşmiş çoxsaylı erməni fəaliyyət göstərir”

img

İyunun 7-də “Cənubi Qafqaz Dəmir Yolu” və “Gürcüstan Dəmir Yolu” şirkətlərinin nümayəndələri İrəvanda keçirilən görüşdə cari qarşılıqlı fəaliyyət məsələlərini və iki ölkənin dəmir yolu qurumları arasında daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tərəflər, həmçinin, 2023-cü ildə yay sərnişindaşıma mövsümünün başlaması barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər 2023-cü ilin 5 ayı ərzində “DGK” QSC ilə “GR” SC arasında qarşılıqlı fəaliyyətin nəticələrini, beynəlxalq dəmir yolu daşımalarında konteyner qatarlarının hərəkəti, beynəlxalq daşımalarda tarif siyasətinin təkmilləşdirilməsi və səyahət sənədlərinin satışı üçün yeni proqram təminatının hazırlanması məsələlərini müzakirə ediblər. 2022-ci ilin işlərinin yekunlarına əsasən, Gürcüstan ərazisindən keçməklə Ermənistana dəmir yolu ilə 451 min ton yük ixrac edilib, Ermənistandan idxal olunan yüklərin həcmi 906 min ton təşkil edib.

Görünən odur ki, Ermənistanla Gürcüstan dəmir yolları vasitəsilə yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırıblar. Bütün bunlar Gürcüstanın necə lazımdır Ermənistana nəfəslik verməsi deməkdir.

  • “Bu ölkəyə ən çox iqtisadi fayda verən Azərbaycandır”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında ekspert Rəsul Cahangirli qeyd etdi ki, faktiki olaraq Gürcüstan Ermənistanın xilaskarı rolunda çıxış edir: “Ümumilikdə, Gürcüstana ən çox iqtisadi fayda verən ölkə Azərbaycandır. Azərbaycanın həyata keçirdiyi neft-qaz kəmərlərindən, nəqliyyat xətlərindən hər il Gücüstan yüz milyonlarla dollar tranzit gəlir əldə edir. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətini artırmaq üçün təkcə Gürcüstanda görüləcək işlərlə əlaqədar 140 milyon dollar ayırıb. Azərbaycan qazı Gürcüstana digər ölkələrlə müqayisədə daha ucuz qiymətə satır. Ancaq indiyə qədər Gürcüstanın Azərbaycana hansısa iqtisadi güzəştlər etməsi halı baş verməyib. Ancaq Gürcüstan nəqliyyat daşımalarından tutmuş bir sıra digər məsələlərdə Ermənistana daha əlverişli şərait yaradır. Tbilisi bütün imkanlardan istifadə edir ki, Ermənistan blokada vəziyyətində qalmasın. Bunun bir neçə səbəbi var. Bir səbəbi xristian təəssübkeşliyi ilə əlaqədardır. Digər tərəfdən, Gürcüstanın dövlət orqanlarında gürcüləşmiş çoxsaylı erməni fəaliyyət göstərir. Əslən ermənidir, amma gürcü adı daşıyır. Bununla bağlı çoxsaylı faktlar var. Məhz onların da sözügedən məsələdə rolu böyükdür. Dövlət orqanlarında çalışan erməni əsilli şəxslər hər vasitə ilə çalışırlar ki, Gürcüstanla Ermənistan arasında iqtisadi-ticarət əlaqələri genişlənsin. Ona görə də Azərbaycan bu kimi məqamlara diqqətlə yanaşmalıdır”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər