
Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan enerji sahəsində çox önəmli rol oynadı.
Trend-in məlumatına görə, bu barədə Serbiyanın sabiq prezidenti Boris Tadiç Şuşada "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
"Azərbaycan yalnızca yerli enerji təchizatçısı deyil, həmçinin Avropa üçün enerji təchizatında mühüm yer tutur ",- deyə o əlavə edib.