01/10/2023 20:06
728 x 90

"Azərbaycan və Ermənistan arasında sülh təmin olunmalıdır" - Amerika Xarici Siyasəti üzrə Milli Komitə

img

Azərbaycan və Ermənistan xalqları arasında sülh təmin olunmalıdır. Trend-in məlumatına görə, bu barədə Amerika Xarici Siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Eliot Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda bugünkü beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müharibədən sonra Azərbaycan Qarabağda bir çox infrastruktur layihələri başa çatdırıb.

“Burada iqtisadiyyat, həyat sürətlə dirçəlir və insanlar öz doğma torpaqlarına qayıdır. Digər önəmli bir məsələ isə Azərbaycan və Ermənistan arasında sülh prosesidir. Azərbaycan və Ermənistan xalqları arasında sülh təmin olunmalıdır. Biz bu prosesə dəstək olmağa davam edəcəyik”, - deyə o əlavə edib.

Peşə etikası

Son xəbərlər