çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Bakı Enerji Həftəsi Ulu Öndərin neft strategiyasının icrasında mühüm rola malik SOCAR-ın imkanlarının təqdimatı oldu” - Vüqar Rəhimzadə

Image


Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti, eyni zamanda, keçirildiyi  məkan, iştirakçıların say tərkibi, onların hansı ölkələri və şirkətləri təmsil etmələri ilə diqqətdə olur. Bu baxımdan 31 may-3 iyun tarixlərində dünyanın enerji mərkəzlərinin nəzərlərini yenidən Azərbaycana yönəldən 28-ci  Xəzər Neft və Qaz Sərgisi son dərəcə diqqətçəkən beynəlxalq əhəmiyyətli tədbir oldu.

Paytaxtımızın üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi uğurla başa çatsa da orada səsləndirilən çağırışların mətbuatda təhlili  davam edir. Xəzər regionunun ən nü­fuzlu enerji tədbirinin açılışında dövlət başçısı  İlham Əliyev Azərbaycanın ilk neft-qaz sərgisinin keçirilməsindən, eyni zamanda, “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək ölkəmizin enerji sektorunda qazandığı uğurların fonunda belə bir mühüm məqamı xüsusi qeyd etdi ki, bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Prezident İlham Əliyev bu reallığı da böyük fəxr hissi ilə diqqətə çatdırdı ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırırlar. Bu, çox vacib bir məsələdir. Neft-qaz sərgisində, həmçinin  bir çox dün­ya ölkələrinin təmsilçilərinin, şirkət nümayəndələrinin, beynəlxalq enerji ekspertlərinin iştirakı sərginin əhəmiyyətini artırmaqla yanaşı, onların səsləndirdikləri fikirlər ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu. ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt bildirdi ki, Azərbaycan davamlı surətdə enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olub. ABŞ bundan sonra da əməkdaşlığı davam etdirəcək və əmindir ki, etibarlı enerji mənbələri Azərbaycan tərəfindən təmin olunacaq. Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero məmnunluqla bildirdi ki, Azərbaycan artıq etibarlı enerji tərəfdaşına çevrilib.  Azərbaycan və digər beynəlxalq tərəfdaşlarla bir yerdə işləyərək enerji keçidimizi təmin etmək önəmli vəzifədir. Enerji tərəfdaşlarımızın Azərbaycanla bağlı nikbin fikirlrini xeyli sayda sadalaya bilərik. Bu, onu təsdiqləyir ki, Azərbaycan  hər bir layihənin uğurlu sonluqla başa çatmasına səy göstərərək  həm  enerjiyə olan daxili tələbatını ödəmiş, həm də dünyanın enerji təhlükəsizliyini təmin etmiş olur.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın həm region­da, həm də Avropada enerji təh­lükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyən beynəlxalq enerji həftəsinin təş­kilatçıları isə “Iteca Caspian” və “Caspian Event Oraganisers” və onların beynəlxalq tərəfdaş­ları–“İCA Events” və “CEM FZ LLC” şirkətləri idi.  Tədbirin baş sponsoru SOCAR, sponsor­ları isə “AbuDhabi Port”, “ACWA Power”, “Ansaldo Energia”, “AZEL SYSTEMS”, “Azeri M-I Drilling Fluids”, AZFEN, “Baku Steel Company”, bp, “Caspian Drilling Company”, “Caspian Marine Ser­vices”, “Equinor”, “EP Absheron”, “Intertek”, “Global Energy Azerba­ijan”, GL, “Inpex”, “KOLIN Const­ruction”, “MASDAR”, “Tekfen”,“Total Energies”, “Turkish Petroleum”, “Uniper”, “Ural Steel” şirkətləridir. Sponsorların say tərkibinin genişliyi  Bakı Beynəlxalq Enerji Həftəsinin  yüksək statusa malik olduğunu, sərgiyə marağın daha da artdığını göstərdi. Təbii ki, yeni çağırışlar bu tərkibin növbəti  sərgilərdə daha da genişlənəcəyi barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyev sərginin açılış mərasimindəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, komanda işini davam etdirməliyik. Artıq yeni iştirakçılar, yeni ideyalar,  planlar var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.

Baş redaktor onu da əlavə edib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin,  ayrı-ayrı şirkət və müəssisələ­rin öz  uğurlu nəticələrini və  perspektiv­lərini geniş nümayiş etdirmələri  tədbirə marağı daha da  artırdı. Bundan əlavə, ölkəmizdə həya­ta keçirilən iri neft-qaz layihələri­nin operatoru bp şirkəti, qardaş Türkiyənin TPAO, Fransanın “To­tal”, Azərbaycanda bərpaolunan enerji layihələrinin iştirakçısı olan Birləşmiş Ərəb Əmirliklə­rinin “Masdar” , Özbəkistanın “Uzbeknefteqaz” və dünyanın neft-qaz, nəqliyyat-logistika və təchizat sahələrində fəaliyyət göstərən onlarla firma və şirkəti öz qabaqcıl təcrübə və nailiyyət­lərini sərgidə nümayiş etdirmək üçün yaxşı imkan qazandılar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR sərgidə geniş təmsil olundu. Bildirildi ki, SOCAR Bakı Enerji Həftəsində Baş Tərəfdaş olaraq iştirak edir. Stenddə SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumatlar, “yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri barədə informasiyalar, həmçinin  elmi-tədqiqat işləri və nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar qeyd edilmişdi. 

Vüqar Rəhimzadə bildirib ki,  “Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun xüsusi sessiyasının  Naxçıvan şəhərində təşkil olunması dahi şəxsiyyət Heydər Əliyevə böyük  ehtiramın və sevginin bariz nümunəsi idi. Ümummilli Liderin doğulduğu Naxçıvanda   bu gün dahi rəhbərin müəllifi olduğu neft strategiyasının uğurlarından  bəhs etmək böyük qürurdur. Xüsusi sessiyada bir daha Ulu Öndər Heydər Əliyevin  dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin böyüklüyü əsaslı şəkildə diqqətə çatdırıldı.   Ümummilli Liderin böyük səyləri  nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu xüsusi vurğulandı. Qeyd etdiyimiz kimi,  SOCAR sərgidə əsas tərəfdaş kimi iştirak etdi. Sərgi həm ölkəmizin, həm də Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında öz payı və rolu olan Azərbaycan Dövlət Neft Şirkətinin imkanlarının təqdimatında öz sözünü dedi. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq  “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyada  SOCAR prezidenti Rövşən Nəcəfin  Şirkətin  quruda və dənizdə bərpa olunan enerji mənbələri ilə bağlı potensial imkanları mütəmadi olaraq araşdırdığı və nəzərdən keçirdiyi barədə fikirləri sessiya iştirakçıları tərəfindən böyük maraqla dinlənildi. Bir daha məlum oldu ki, SOCAR mühüm layihələrə,  yeniliklərə, təkmilləşməyə maraq göstərməklə və onları fəaliyyətində uğurla tətbiq etməklə  beynəlxalq nüfuzunu günbəgün artırır.

Baş redaktor bu xatırlatmanı da edib ki,  ötən il 27-ci Xəzər Neft və Qaz Sərgisi çərçivəsində  yaşıl enerjiyə həsr olunan xüsusi sessiya Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada keçirilmişdir. İşğaldan azad edilmiş ərazilərimizin bərpaolunan enerji potensialına malik olduqları inkaredilməzdir.  Həmin xüsusi sessiya   çərçivəsində bir sıra sənədlər imzalanmışdır. Şuşanın ardınca Naxçıvan şəhərinin Azərbayanın enerji tərəfdaşlarını bir araya gətirməsi bir daha bu reallığı nümayiş etdirir ki,  hər bir bölgəmiz zəngin potensiala, ölkəmizin enerji təhlükəsizliyinin təminatında  öz sözünü demək imkanlarına malikdir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Xəzər Neft-Qaz  Sərgisi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm beynəlxalq platformaya çevrilib. Hər il Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Həmçinin tədbirin bir çox ölkələrdən olan nüfuzlu şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq  mühüm  beynəlxalq tədbirlərin təşkil edildiyi, vacib qərarların qəbul edildiyi  və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu  məkana çevrilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ