Cümə günü, 11 sentyabr 2026
     

Molla rejiminin təzə saxtakarlığı - Azərbaycan yox, Bakı dövləti...

Image


Molla rejiminin müstəqil Azərbaycan dövlətinə qarşı təxribatları davam edir. Ölkəmizin ərazi bütövlüyünü daim hədəfə alan mollaıstan dövlətimizin adını təhrif etməyə çalışır. Sanki Azərbaycan Respublikasının varlığı molların yuxusunu çoxdan ərşə çəkib.  Çoxdan bəridir ki, molla rejimi uşaqların, gənc nəslin beynini zəhərləməklə məşğul olur.   

Azad İran kanalı yazır ki, İran məktəblərində şagirdlərə Azərbaycanın adını “Bakı Respublikası” kimi təhrif etmək aşılanır.  Qeyd olunana görə, əslən Təbrizdən olan, lakin İran hökuməti tərəfindən manqurtlaşmış paniranist və Azərbaycana qarşı qatı düşmən mövqeli ekspert Salar Seyfəddini “Tvitter”də yazıb: "Bu gördüyünüz İranın orta məktəblərindən birində coğrafiya fənninin sınaq vərəqələridir. Şagirdlərdən Xəzər dənizi ölkələrinin adlarını qeyd etmələri istənilib. Bir nəfərdən başqa bütün şagirdlər Türkmənçay müqaviləsi ilə İrandan ayrılmış Araz çayının şimalındakı ərazini “Bakı Respublikası” adlandırıb”.

Təsəvvür edin ki, bu nə deməkdir. Halbuki, Azərbaycan Demokratik Respublikası mövcud olanda heç dünya xəritəsində “İran” adlı dövlət olmayıb. Bu ad 1936-cı ildən sonra meydana çıxarılıb, lakin heç bir kökü, əsası olmayan sözdür.

  • “Mollalar müstəqil Azərbaycan Respublikasını “Bakı Respublikası” adlandırıb dövlətimizin adını təhrif etməkdənsə, Pəhləvilər sülaləsinin qəsb etdiyi Qacarlar dövlətinə nə üçün 1936-cı ildə “İran” adı verildiyinə aydınlıq gətirsinlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran adlanan ölkənin mətbuatının Azərbaycanın varlığına qarşı ittihamlarını, təhriflərini davam etdirməsi təbii qarşılanmalıdır. O hesab edir ki, onların ariyançılıq, faşizm düşüncəsində müstəqil, azad, ədalətli, türk hüquqlu bir Azərbaycan qəbuledilməzdir: “Tehran rejimi çox yaxşı bilir ki, yüz il bundan əvvəl hakimiyyətdə türklər olub, 1925-ci ildə hiylə və məkrlə Qacarlar türk sülaləsi devrilib, hakimiyyəti fars Pəhləvilər qəsb edib, onlardan 54 il sonra isə molla rejimi hakimiyyəti ələ keçirib. Bu gün onların böyük yanlışlıq edərək “Bakı dövləti”, “Aran” adlandırdığı Şimali Azərbaycan dövləti Cənubi Azərbaycanla birlikdə indi farsların “İran” adlandırdığı dövlətin qurucusudur, yaradıcısıdır. O dövləti biz azərbaycanlılar, biz türklər qurmuşuq. Sadəcə, 98 il bundan əvvəl Böyük Britaniyanın, Sovet Rusiyasının və digər qüvvələrin məhz birbaşa müdaxiləsi nəticəsində Azərbaycan türklərinin yaratdığı bir dövlət qanunsuz şəkildə bir qrup ariyançıya “bəxş” edilib. İndi onlar bizləri “Bakı Respublikası”, yaxud “Aran” adlandırmaqla, guya “İrandan ayrılmış bir hissə” olaraq təqdim etməklə öz qanunsuz əməllərini gizlətmək, ona hansısa bir don geydirmək istəyirlər. Ancaq bir həqiqətdir ki, bizim bu gün mövcud olan Azərbaycan Respublikası  məhz hüquqi anlamda Səfəvilərin, Bayandurluların, Baharlıların, Əfşarların, hətta Qacarların davamıdır, özünü “İran İslam Respublikası” adlandıran ölkə yox.  Bizim qanuni varlığımız 1925-ci ildə qeyri-qanuni şəkildə hakimiyyətə  gətirilmiş ariyançıları və onların arxasında dayananları çox ciddi şəkildə narahat edir. Əslində hüquqi və mənəvilik  baxımından da gerçək olaraq Azərbaycan Respublikası daha hüquqi xarakter daşıyır, nəinki İran adlanan ölkə. Ona görə də, molla rejimi orta məktəblərdə Azərbaycan Respublikasını “Bakı dövləti” olaraq qələmə verməklə öz daxilindəki qısqanclığı, xəbisliyi büruzə verir. Mollalar müstəqil Azərbaycan Respublikasını “Bakı Respublikası” adlandırıb dövlətimizin adını təhrif etməkdənsə, Pəhləvilər sülaləsinin qəsb etdiyi Qacarlar dövlətinə 1936-cı ildə nə üçün “İran” adı verildiyinə aydınlıq gətirsinlər. Çünki 1925-ci ilə qədər “İran” adlanan ölkə Qacarlara məxsus məmləkətlər  (Məmalik-i Məhrusə-yi Qacar) adlanırdı. Amma qanuni şəkildə dövlətin adı Qacariyyə (Qacarlar) idi. Bu dövlətin də qurucusu Azərbaycan - türklər idi...”   

Qacarların dörd əsas məmləkətinin birincisi və ən vacibi Azərbaycan idi deyən alim qeyd etdi ki, mollalar bundan danışsınlar. Necə oldu ki, Azərbaycan türklərinin yaratdığı dövləti 1925-ci ildə Böyük Britaniyanın köməyi ilə mənimsədilər?  “Bu suala cavab versinlər. O zaman hakimiyyəti devirəndən sonra Rza adlı birisi Pəhləvi soyadı götürüb özünü şah elan etdi, onda Qacarlara yaxın olanlar ona dedilər ki, sənin hakimiyyətin qanunsuzdur. Yəni onun hakimiyyəti legitim olmayıb.

Biz bu gün onların “Bakı Respublikası”, “Aran” adlandırdığı yerlərdə varlğımızı hüquqi şəkildə sürdürməklə bu hüququmuzu Təbrizdə və Tehranda da bərpa edəcəyik. Molla rejimi özünün və Pəhləvilərin xarici qüvvələrin əli ilə necə hakimiyyətə gəldiklərini yaxşı bilirlər. Yeri gəlmişlən, Azərbaycan Milli Hökumətinin 1945-1946-cı illərdə qurucusu və  baş naziri olan Seyid Cəfər Pişəvəri də Pəhləvilərin qanunsuz şəkildə Qacarların yerinə hakimiyyətə gətirildiyi barədə danışmışdı. Bu gün mollalar nələrsə uydurur, şagirdlərə Azərbaycan Respublikasının adını təhrif edərək təqdim edirlər. Amma bir şeyi bilməlidir ki, bizim yüzminlərlə balalarımız, güney azərbaycanlı uşaqlar, şagirdlər, türklər Azərbaycanın bütövləşməli olduğunu yaxşı bilir. Onlar milli kimliklərini yaxşı bilirlər. Azərbaycan türklərinin övladlarının düşüncəsinə molla rejimi heç cür təsir edə bilməz, çünki onlar öz tarixlərini bilirlər, babalarının qurduğu dövlətin ariyançılart tərəfindən qəsb edildiyi barədə məlumatları var”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

SON XƏBƏRLƏR

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

11.09.2026 / 08:03
“Əziz Səncərin təltif edilməsi Türkiyə-Azərbaycan qardaşlığına göstərilən dəyərin yüksək təzahürüdür”- Alptekin Cihangir İşbilir

11.09.2026 / 07:50
Hillari Klintondan Netanyahu hökumətinə qarşı sərt sözlər - İsraili sevirəm, amma…

11.09.2026 / 07:38
Trampın seçicilərə bonus vədi Ukraynanı yardımsız qoyacaq? - Hələlik təklifdir

11.09.2026 / 01:12
“Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub oldu

10.09.2026 / 22:45
Tarixin saxtalaşdırılması davam edir

10.09.2026 / 22:17
İranın Hörmüz boğazını bloklaması Trampa 4,4 milyon dollar qazandırdı…

10.09.2026 / 21:58
Neft tankerlərini ilk dəfə vuran ABŞ İranla müharibənin yeni səhifəsini açdı...

10.09.2026 / 21:32
Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

10.09.2026 / 21:14
Tramp Putinin ən son “Ukrayna təklifinə” nə cavab verib? - İşin üstü açılsa, qiyamət qopacaq...

10.09.2026 / 20:55
11 Sentyabrın 25-ci ili: Əfqanıstandakı “saatlı bomba” yenidən partlayacaq...

10.09.2026 / 20:39
Gürcüstanda siyasi qüvvələr bir-birini qırır - David Monastrını Azərbaycana kim “satıb”?...

10.09.2026 / 20:22
Tramp bir təbriklə sağ populist partiyaları mövcud Avropa hakimiyyətlərinə qarşı qaldırdı...

10.09.2026 / 20:07
Trampın elçiləri ilə Putinin “Zəngəzur razılaşması”? - Paşinyan Moskvadan əvvəl Parisə yollandı...

10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

10.09.2026 / 19:35
11 dövlətin İsrail əleyhinə bu addımına Trampdan maraqlı reaksiya gəldi...

10.09.2026 / 19:17
I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində

10.09.2026 / 19:03
Cənubi Koreya kəşfiyyatı Kim Çen Inın oğlu olub-olmadığını araşdırdı...

10.09.2026 / 18:27
Trampla təmaslardan sonra Putin Ukraynaya qarşı daha da fəallaşıb...

10.09.2026 / 18:04
Mümkün Rusiya-ABŞ-Ukrayna danışıqları Əbu-Dabidə keçirilə bilər…

10.09.2026 / 17:50
Neft qiymətləri 150 dollara qədər yüksələ bilər – “Hörmüz düyünü” açılmasa…

10.09.2026 / 17:36
ABŞ Beynəlxalq Cinayət Məhkəməsini ləğv etmək üçün NATO müttəfiqlərindən kömək istədi

10.09.2026 / 16:47
Çində yük gəmisində güclü yanğın - 20 nəfər həlak olub, 5 nəfər itkin düşüb...

10.09.2026 / 16:30
Ermənilər Azıx mağarasından silah anbarı kimi istifadə edib - Xidmət rəisi açıqladı...

10.09.2026 / 16:18
Binəqədidə kirayədə yaşadığı evi soyan şəxs yaxalandı

10.09.2026 / 16:05
Ermənistan ABŞ-İran savaşının yeni döyüş meydanına çevrilir

10.09.2026 / 15:49
Beynəlxalq müstəvidə dövlət maraqlarının uğurlu müdafiəsinin Azərbaycan modeli formalaşır

10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq... - MÜSAHİBƏ

10.09.2026 / 15:25
Azərbaycanın Xəzər limanları təhlükədə - - dayazlaşır, gəmilərin yan alması çətinləşir...

10.09.2026 / 14:40
İranda şiə-sünni müharibəsi salmaq planı deşifrə olundu...

10.09.2026 / 14:34
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya qrafiki dəyişə bilər - Zəngəzur dəhlizi önə çıxacaq...

10.09.2026 / 14:30
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik etdi

10.09.2026 / 14:26
Prezident qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqlədi

10.09.2026 / 14:25
Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələri layihəsi təsdiqləndi

10.09.2026 / 14:16
Trampın müşavirləri xəbərdarlıq etdi – İran müharibəsi 2029-a qədər uzana bilər…

10.09.2026 / 14:08
Ukrayna Xəzərdə Şimal-Cənub nəqliyyat dəhlizində əsas halqalarından birini vurdu…

10.09.2026 / 13:35
Qara dənizdə daha bir yük gəmisi vuruldu - iki azərbaycanlı həlak oldu

10.09.2026 / 13:23
Qərb xüsusi təyinatlılarının Bolqarıstan və Serbiyadakı gizli kamplarda rus əsgərlərinə təlim keçdiyi ortaya çıxdı - NATO-da görünməmiş qalmaqal…

10.09.2026 / 13:06
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

10.09.2026 / 12:54
Dəyişən dünyanın mərkəzində Azərbaycan var

10.09.2026 / 12:37
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi

10.09.2026 / 12:25
Tramp Hörmüzün adını öz şərəfinə dəyişdirəcəyinə söz verdi – “İran rəhbərliyi də məmnun olacaq”…

10.09.2026 / 12:17
Azərbaycanda məsafədən kreditlərin qaydaları dəyişir

10.09.2026 / 12:05
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışını etdi - FOTO

10.09.2026 / 11:50
Respublikaçılar seçkilərdə qalib gəlsə, hər bir amerikalı 5 min dollar alacaq - Tramp vəd verdi…

10.09.2026 / 11:42
İran İordaniyada ABŞ-ın 10-a yaxın hərbi təyyarəsini vurdu…

10.09.2026 / 11:15
Rusiya Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərdi...

10.09.2026 / 11:12
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşdi

10.09.2026 / 11:07
Azərbaycan nefti bahalaşdı...

10.09.2026 / 10:52
İran bu dəfə ABŞ hərbi gəmilərini elektro-optik raketlərlə vurdu…

10.09.2026 / 10:45
Baş nazirdən müxalif liderə “İsrail mesajı” - mən it ola bilərəm, amma sahibim yoxdur…

10.09.2026 / 10:31
Trampın xüsusi elçilərinin 8 Moskva səfəri nəticə vermədi - oyuna MKİ direktoru daxil olur…

10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu

10.09.2026 / 10:25
Avropa yol ayrıcında: Almaniyada sağ dalğa, Ukraynada bitməyən müharibə

10.09.2026 / 10:16
"Sabah" Çempionlar Liqasında ilk oyununa çıxır

10.09.2026 / 10:05
NATO ölkəsi açıqladı - Zelenskinin təyyarəsi dron hücumundan son anda qurtuldu…

10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı - Baş Prokurorluq işi açdı...

10.09.2026 / 09:30
İranın bir çox bölgəsində gecə yarısı partlayış səsləri eşidildi…

10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi - ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ

10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı

09.09.2026 / 23:10
Rusiya Azərbaycanın Orta Dəhlizinə alternativ yaradır - Yeni Transaltay Orta Nəqliyyat Marşrutu... 1100 km...

09.09.2026 / 22:56
Türkiyə, Pakistan və Səudiyyə İranın dəstəklədiyi Yəmən husilərini vura bilər - İslamabad xəbərdarlıq etdi...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ