02/10/2023 08:33
728 x 90

MN: "Qayalıq ərazilərdə döyüş texnikasının təhlükəsiz hərəkəti üçün yeni təminat yolları çəkilib"

img

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Qeyd olunub ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Peşə etikası

Son xəbərlər