Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyəyə səfərə gəliblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib.
Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və Birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.