
Naxçıvana dəmiryolunun açılması ətrafında üzücü söz oyunu davam etdirilir. Mayın 31-də Moskvada Rusiyanın, Azərbaycanın, Ermənistanın baş nazir müavinləri görüşdülər,
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
"Rusiyanın vitse-premyeri Overçuk mətbuata açıqlama verdi. Dedi: "Azərbaycanın qərbi ilə Naxçıvan arasında dəmiryolu əlaqəsi bərpa oluna bilər deməyə çox yaxınlaşırıq"... Baxın, hələ "yaxınlaşırıq", hədəfin hansı məsafəsindəyik, qalan hissəni də keçmək üçün nə qədər vaxt lazım olacaq və sair kimi suallar var... Söz oyunu deyilmi?.. Necə olur ki, Gorusda Rusiya baş konsulluğunun açılmasına söz oynatmadan qəti qərar verilir, Naxçıvana dəmiryolunun bərpası kimi aydın məsələyə hələ "yaxınlaşırıq"?... Söz oyunu deyil bu???" - A.Quliyev yazır.
Tahir TAĞIYEV