.jpg)
Maraqlı deyilmi? Arizona erməni icmasının nümayəndəsi Vardan Arabyan Xankəndində qondarma XİN başçısı ilə görüşüb və Arizona ştatının nümayəndələr palatasının deputatlarının imzaladıqları qondarma qurumun müstəqilliyini dəstəkləyən bəyanatı ona təqdim edib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ştatın deputatlarının belə sənəd imzalaması faktı özlüyündə Azərbaycana düşmənçilikdir. Ancaq Vardanın hansı yollasa Xankəndinə gəlməsi, bu sənədi gətirə bilməsi də bir düşmənçilikdir. Sülhməramlılarmı buraxıblar onu? Ya hansısa beynəlxalq missiya nümayəndələri onu özləri ilə gətiriblər? Bütün hallarda Amerika vətəndaşı olan bir şəxsin, erməni, ya qeyri - erməni olmasının fərqi yoxdur, Azərbaycanın suveren ərazilərinə qanunsuz və həm də düşməncəsinə gəlib getməsi normal deyil.
Bütün hallarda Vardan Arabyanın Xankəndinə necə gəlib qayıtdığı ilə bağlı sülhməramlı komandanlıq arayış verməlidir... Söhbət Azərbaycanda separatizm cinayətinin beynəlxalq əlaltılarının hərəkətlərindən gedir...
Tahir TAĞIYEV