Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyası istiqamətində daha bir tarixi addım atılıb. TDT rəhbərliyi Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu Türk İnvestisiya Fondunun (TİF) rəsmən yaradıldığını bəyan edib.
Önümüzdəki illərdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankına bənzər bir quruluşa çevrilməsi gözlənilən TİF-nin mərkəzi İstanbul olacaq.
Türk İnvestisiya Fondunun kapitalı birinci mərhələdə 500 milyon dollar olacaq. Bu fondda 5 ölkə bərabər paya malikdir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan TİF-nin üzvləri sırasına qarşıdakı dövrdə daha 4 ölkə qoşulacaq.
Türkiyə mediası yazır ki, fondun məqsədi regional iqtisadi inkişafı təşviq etmək, regional ticarəti genişləndirmək və iqtisadi fəaliyyətə dəstək verməkdir.
Türk İnvestisiya Fondu 10 min səhmə bölünəcək. Hər bir səhm 50.000 dollar dəyərində olacaq. 5 üzv dövlətin hər biri fonda 100 milyon dollar sərmayə qoyacaq. Müqavilə qüvvəyə mindikdən sonra 90 gün ərzində təsisçi ölkələr birinci tranşı ödəyəcəklər. Bu məbləğin ölkə üzrə 5 milyon dollar olduğu bildirilir. Qalan səhmlər hər il 3 bərabər hissə ilə ölkələrdən alınacaq.
Qeyd edək ki, Türk İnvestisiya Fondunun yaranması ötən ilə təsadüf edir. Fonda daxil olan 5 üzv dövlətin prezidenti və lideri 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında fondun yaradılmasını müzakirə ediblər. Türkiyə İnvestisiya Fondu çoxdan arzumuz olan türk dövlətlərinin birliyini daha da gücləndirəcək bir strukturdur.
Ekspertlərinə fikrincə, Orta Asiyada gücünü artan Rusiya və Çinə qarşı türk şirkətlərinin gücünü daha da artıracaq bu struktur gələcəkdə ortaq türk bankının yaradılmasına da şərait yarada bilər.
Tahir TAĞIYEV