çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Prezident İlham Əliyevin azad Laçına məhz 28 Mayda səfər etməsinin böyük rəmzi mənası var” - Vüqar Rəhimzadə

Image


Son üç ilin qürurverici hadisələrindən biri dövlət başçısı İlham Əliyevin tarixi günləri, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməsidir. 27 may tarixində Kəlbəcər və Laçın rayonlarına səfər edən Prezident İlham Əliyev 28 May-Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ildə qeyd etdi.

Dövlət başçısı bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhərinə qayıdış Böyük Qayıdış proqramının uğurlu icrasından və hədəflərə nail olmaq üçün bütün imkanların mövcudluğundan xəbər verir. Prezident İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevriləcəyini bildirmişdi. Artıq tarixi Zəfərimizdən bizləri ayıran 3 ilə yaxın qısa zaman kəsiyində görülən işlərin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkünsüzdür.

Nəhəng bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısı İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin ötən il avqustun 26-da xalqa “Biz Laçın şəhərinə qayıtdıq” müjdəsini verərək  sentyabr ayında bu rayona səfər edib Azərbaycan Bayrağını mərkəzdə ucaltdıqdan sonra start verdiyi  bərpa-quruculuq işlərinin genişliyi laçınlıların qısa müddətdə, 8 ayda  doğma yurd-yuvalarına qayıdışına gətirib çıxardı. Bu ilin hədəfləri açıqlanarkən laçınlıların ilin sonunda Laçın şəhərinə qayıdacaqları bildirilmişdi. Lakin bu ilin aprel ayında dövlət başçısı İlham Əliyev bu qayıdışın yay aylarında olacağı müjdəsini verdi və bu vədini də artıq reallığa çevirdi. Çünki görülən işlərin miqyasının ölçüyəgəlməzliyi belə bir tarixi addımın atılmasını şərtləndirdi.

Dövlət başçısı Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, Zallar, Yanşaq kəndlərinin təməlini qoydu. Hərbi hospitalın, “Meydan” və “Qamışlı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi. Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməli qoyuldu. Bərpa-quruculuq işlərinin həyata keçirilməsində yol xəritəsi kimi dəyərləndirilən şəhərin Baş planı möhtərəm Prezidentimizə təqdim olundu. Cənab İlham Əliyev Xosrov bəy Sultanov və Zəngəzur, Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın”, 110/35/10 kv-luq “Qorçu” yarımstansiyalarının açılışında iştirak etdi.  Şəlvə kəndinin, Qorçu qəsəbəsinin təməlqoyma mərasimi keçirildi.  Məhz görülən və görülməsi nəzərdə tutulan işlərin fonunda dövlət başçısı İlham Əliyev bildirdi ki, Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 1992-ci ilin may ayında Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə  əl atdı, Şuşanı, Laçını düşmənə təhvil verdi. “Görün, bu tarixlərin - yəni, Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, 1992-ci ilin may ayında Laçın işğal altına düşdü, 31 il sonra may ayında laçınlılar Laçına qayıtdı. Aprel ayında isə Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazi bütövlüyümüzü tam bərpa etdik.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 30 il davam edən işğal dövrünün reallıqları dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında xüsusi qeyd edilir. Azərbaycan tarixi Zəfərimizdən sonra Ermənistanla bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi, münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etməsinə baxmayaraq, biz 30 ildə yaşadığımız faciələri unutmur, erməni vandalizminin iç üzünü daim beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəal çalışırıq. Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərdi. Ermənistan isə əksinə, ona havadarlıq edən dövlətlərə arxalanaraq danışıqlara imitasiya naminə qatıldı, vaxt qazanmaq üçün təxribatlar törətməklə diqqəti  yayındırmağa, sülh danışıqlarına mane olmağa çalışdı. Hadisələrin gedişi bu reallığı təsdiqlədi ki, Ermənistan  torpaqlarımızdan öz xoşu ilə çıxmaq fikrində deyil. Sadəcə olaraq görüntü naminə, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Dövlət başçısı İlham Əliyev laçınlılarla görüşündə bir daha həmin məqamlara diqqəti yönəldərək vurğuladı ki, biz heç vaxt bununla razılaşa bilməzdik. Amalımız ərazi bütövlüyümüzün tam bərpa edilməsi idi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində buna nail olduq.

Vüqar Rəhimzadə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfərinin, həmçinin hər bir çıxışının Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngin olduğunu da xüsusi qeyd edib. Bildirib ki, hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanmasıdır. Ermənistanın bu istiqamətdə konkret addım atmaq barədə düşünmədiyi diqqətdən kənarda qalmır. Baxmayaraq ki, Ermənistan  Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülh müqaviləsinin imzalanmasına mane olan hansısa bir məqam yoxdur, yenə də gözləmə mövqeyində dayanmaqda davam edir. Görünən odur ki, Ermənistan havadarlarından cavab gözləyir. Amma unudur ki, artıq Azərbaycan 30 il davam edən işğal dövrünün Azərbaycanı deyil. Bu gün  reallıqları diktə edən qalib Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, ölkəmiz rahat və təhlükəsizlik şəraitində yaşayacaq.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan hər bir hədəfə zamanında və uğurla nail olur. Bütün planlar ardıcıllıqla həyata keçirilir. Dövlət başçısı bir daha bu əminliyi ifadə etdi ki, planlarımızın son addımlığındayıq, o addım da atılacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ