23/09/2023 05:22
728 x 90

Xankəndinin “ünsür prezidenti Arutunyan” Azərbaycana hansı üsulla təslim olacaq...

Tural İsmayılov: “Rusiya Azərbaycanla aralarındakı münasibətlərə hörmət edib Araik Artunyunyanı Azərbaycana təslim etməlidir”

img

Uzun illərdir ki, xaricdəki havadarlarına və terrorçu Ermənistana, eləcə də onun iblisə xidmət edən Qriqoryan kilsəsinə arxayın olub Azərbaycan ərazisində separatçılıqla məşğul olan ünsürlərə Prezident İlham Əliyev son mesajını ünvanladı.

Belə ki, mayın 28-dı Laçında bu rayondan olan sakinlərlə görüşdə Prezident İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.

Prezident Laçında dedi ki, Xankəndidə özünü "prezident" adlandıran o ünsür təslim olmalıdır. Onun təslimatı necə olacaq? Xankəndinin "ünsür prezidenti Arutunyan" Azərbaycana hansı üsulla təslim olacaq...?

  • “Ölkəmizin səyləri nəticəsində Xankəndi terrorçusunun Azərbaycana təhvil verilməsi prosesi baş verəcək”

Siyasi ekspert Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Araikin də, başqa separatçıların da Azərbaycan dövlətinə təslim olmaqdan başqa yolları yoxdur. “Azərbaycan beynəlxalq səviyyədə artıq özünün ərazi bütövlüyünün təmin edilməsi məsələsini həll edib. İndi əsas məsələ ondan ibarətdir ki, Xankəndi və ətrafındakı separatçı quldurlardan ölkə ərazisi təmizlənsin. Bununla bağlı cənab Prezident ortaya konkret mövqe qoyub. Azərbaycan qanunlarına görə Araik Artunyunyan  cinayətkardır, çünki Gəncə, Bərdə və Tərtər qətliamlarında onun birbaşa əli var. Bu baxımdan, əslində Rusiya Azərbaycanla aralarındakı münasibətlərə hörmət edib Araik Artunyunyanı Azərbaycana təslim etməlidir. Hesab edirəm ki, ölkəmizin səyləri nəticəsində Xankəndi terrorçusunun Azərbaycana təhvil verilməsi prosesi baş verəcək”-deyə bildirən T.İsmayılovun fikrincə, proses Rusiya-Azərbaycan əlaqələri kontekstində baş verə bilər. Yəni Rusiya da bu işdə bizə dəstək göstərərsə, separatçıbaşını və onun ətrafındakıları təslim almaq mümkündür. Digər tərəfdən isə siyasi ekspert “Rusiya bu məsələdə əlini kənara qoyarsa, bu halda Azərbaycan antiterror əməliyyatı ilə bu məsələyə nail olacaq” - deyə vurğuladı.

Leyla QARAXANLI

Peşə etikası

Son xəbərlər