Separatçı ermənilərin son sığınacaq yeri olan Xankəndidə Prezidentin dediyi "istənilən səviyyədə həmin əməliyyatı keçirmək" vaxtı sürətlə yetişməkdədir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
"Parlament buraxılmalı, özünə prezident deyən o məxluq təslim olmalı, digərləri isə postunu buraxıb getməlidir"...
Azərbaycan Prezidentinin bu xəbərdarlığına qondarma Xankəndi rejiminin "parlamenti" reaksiya verdi. Oyuncaq parlament dərhal bəyanat yaydı ki, "biz yerimizdəyik və mübarizəni davam etdiririk"... Əslində Azərbaycan Prezidentinin dedikləri və ya separatçılara təklifi Xankəndidəki son separatizm yuvasının nisbətən ən ağrısız və dinc şəkildə aradan qaldırılması yoludur. Bir halda ki, ayrıca status və miatsum olmayacaq, qalır Prezident Əliyevin təklif erdiyi yol... Lakin belə görünür ki, ermənilər bu yolla getmək istəmədilər, bu anda onlara Moskvadan və İrəvandan təzyiq edildiyi şübhəsizdir. Nə parlament buraxılana, nə separatçı "prezident" təslim olana, nə də digər "məmurlar" vəzifələrini qoyub gedənə oxşamırlar... Demək, iş qaldı Xankəndi ilə bağlı xüsusi əməliyyata... Daha doğrusu, bunu ermənilər özləri "xahiş edir"...
Tahir TAĞIYEV