Türkiyədə ikinci tur prezident seçkilərində səsvermə başa çatıb. Artıq səslərin böyük bir hissəsi sayılıb.
Açıqlanan rəsmi məlumata görə, seçki qutularının 99,9 faizi açılıb. Bu nəticələrə görə Rəcəb Tayyib Ərdoğan 52,16 faiz, Kamal Kılıçdaroğlu isə 47,84 faiz səs toplayıb.
Tərəflər arasında 2 292 180 səs fərqi var.
Qeyri-rəsmi nəticələrə görə, Ərdoğan yenidən prezident seçilib. YSK sədri də Ərdoğanın seçkidə qalib gəldiyini bəyan edib.
Türkiyə mediası bununla da Ərdoğanın yerli və ümumi seçkilərdə 17-ci qələbəsini qazandığını yazır.
"Beləliklə, 6 ümumi, 5 yerli, 3 prezident seçkisi və 3 referendum Ərdoğanın zəfəri ilə nəticələnən seçkilər kimi Türkiyənin siyasi tarixinə düşdü" - deyə milliyet.com.tr saytı yazır.
Tahir TAĞIYEV