Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-dan bu ölkənin paytaxtı Ankara şəhərində olan TÜRKPA Müşahidə Missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və deputat Anar Məmmədov YSK (Yüsək Seçki Kurulu) rəhbərliyi ilə görüşüb.
Görüşdə seçkilərlə bağlı hazırlıqlar, o cümlədən seçki məntəqələrində prosesin gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.