şənbə günü, 12 sentyabr 2026
     

Putin də Paşinyanı sındırdı - "ərazi bütövlüyü daha vacibdir"...

Image


“Ərazi bütövlüyü məsələsində prinsipial xarakter daşıyan razılaşmalar var”. Bunu Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Laçın dəhlizi” ilə bağlı kəkələməsinə cavab olaraq Rusiya prezidenti qeyd edib ki, ərazi bütövlüyü məsələsində prinsipial razılaşmanın olması daha vacibdir.

  • “Putinin “ərazi bütövlüyü daha vacibdir” deməsinin kökündə dayanan əsas həqiqət ondan ibarətdir ki...”

Məsələyə şərh verən “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, 44 günlük mübaribə ərəfəsində “Qarabağ Ermənistandır” deyimi ilə dünyada populist bir siyasətçi kimi tanınan Nikol Paşinyan ötən üç il ərzində çox böyük inkişaf yolu keçib: “Addım-addım Azərbaycanın və beynəlxalq hüququn tələb etdiyi mövqelərə gəlib çıxdı. Azərbaycanın 86, 6 min kvadrat kilometr ərazini tanıdığını uzun sürən ehtiyatlı bəyanatlardan sonra açıq şəkildə etiraf etdi. Etiraf etdi ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bir zamanlar səsləndirdiyi populist şüardan imtina edir və “Qarabağ Azərbaycandır” deyir. Bu bəyanat Qarabağda çox böyük təlatüm yaratdı. Demək olar ki, “hakimiyyətdə olan, hakimiyyətə yaxın olan, müxalifətdə olan” hər kəs Qarabağda bu bəyanata qarşı öz şiddətini bildirdi. Ermənistanda da əhalinin böyük hissəsi bu bəyanatı xəyanət kimi qiymətləndirdi. Moskva müzakirələrində Azərbaycan Prezidenti Paşinyanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanımasından sonra sülh sazişini imzalamağın xeyli asanlaşdığını dedi. Çox qəribədir ki, bu müzakirələr zamanı sülh sazişinə bir az da yaxınlaşmağa cəhd göstərmək əvəzinə Paşinyan öz cahilliyini bir daha göstərdi və layiq olduğu cavabı aldı. Yəni bir dövlətin rəhbəri “koridor” müzakirəsi açır və hələ də anlamayıb ki, “koridor”la yolun heç bir fərqi yoxdur. Beynəlxalq hüquqda “koridor”lar o zaman əhəmiyyətə malikdir ki, onlarla bağlı beynəlxalq müqavilələr, razılaşmalar olsun. İddia edir ki, guya 10 noyabr razılaşmasında yalnız Laçın “koridor”u ifadəsi var, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ifadəsini işlətməklə Ermənistana qarşı ərazi iddiası irəli sürür. Bu, Ermənistan hakimiyyətinin nə qədər rəzil durumda olduğunun göstəricisidir”.

A.Səmədovun vurğuladığına görə, indiyə qədər Ermənistanda kiminsə ağlına gəlməyib ki, dəhlizlərlə bağlı məsələni araşdırsın. A.Səmədov deyir ki, Azərbaycan Prezidenti məcbur olub izahat verməsəydi, yəqin bundan sonra da Nikol Paşinyan bu məsələnin mahiyyətini anlamamaqda davam edəcəkdi. “Cənab Prezident izah etdi ki, BMT iqtisadiyyat komissiyasının müəyyən etdiyi anlayışa görə, Zəngəzur yolu dedikləri həmin o kommunikasiya xətti beynəlxalq nəqliyyat dəhlizidir, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi olduğu kimi. Bunu inkar etmək, bunu “yol”, “erməni kəsişməsi” demək heç nəyi dəyişmir. Zəngəzur beynəlxalq nəqliyyat dəhlizidir. Laçın dəhlizi isə humanitar dəhlizdir və nə qədər ki, onun haqqında Azərbaycanla bir razılaşma əldə olunmayıb onun heç bir fövqaladə statusu yoxdur. Üstəlik, rus sülhməramlıları Laçın yolu boyu yerləşə bilərlər və yerləşiblər. Söhbət 20 kilometrdən artıq məsafədən gedir. 10 noyabr razılaşmasına görə, sərhəddə rus sülhməramlısı ola bilməz. Onlar yalnız Laçın yolu boyu yerləşə bilər, hazırda o hissə sülhməramlıların nəzarətindədir. Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması beynəlxalq hüquqa qətiyyən zidd deyil. Başqa söz ki, Paşinyan “koridor” sözünü çox müstəsna əhəmiyyətə malik olan söz hesab edir və anlamadığından hesab edir ki, ermənilər heç bir nəzarət olmadan hər iki istiqmətdə hərəkət edə bilərlər və 10 noyabr sazişinə istinad edir. Və Laçın yolu rus sülhməramlılarının nəzarətindədir deyib iddia edir ki, orada Azərbaycan nəzarət-buraxılış məntəqəsi yerləşdirə bilməz. Ancaq həmin sazişdə, bəyanatda açıq şəkildə yazılıb: Zəngəzur dəhlizi Rusiya sərhədçilərinin nəzarətindədir. Onda Paşinyanın məntiqi ilə orda da ermənilər nəzarət-buraxılış məntəqəsi yarada bilməzlər, çünki rus sərhədçilərinin nəzarətindədir. Ancaq yaratmaq fikirlərini dəfələrlə elan ediblər və bu prosesi də mümkün qədər ləngitməyə çalışıblar. Yəni Moskvada Azərbaycan Prezidenti Paşinyanın maariflənməsi üçün ona müəyyən yardımlar göstərdi və ümid edirəm ki, geri qayıdandan sonra bu məsələni ermənilər daha dərindən araşdırmağa çalışarlar və Azərbaycan Prezidentinin mövqeyinin nə qədər düzgün və beynəlxalq hüquqa uyğun olduğunu nəhayət anlaya bilərlər. Və Putinin “ərazi bütövlüyü daha vacibdir” deməsinin kökündə dayanan əsas həqiqət ondan ibarətdir ki, Azərbaycanla Ermənistanın sülh sazişi imzalamasına ciddi maneələrdən biri, demək olar ki, aradan qalxmışdır, bundan sonra sürətlə sülh sazişinin imzalanması istiqamətində addımlar atmaq olar. Digər məsələlər artıq savad, intellekt məsələsidir. Təəssüf ki, bir dövlətin rəhbəri bu qədər hazırlıqsızdır və bilmədiyi məsələlərdən bu qədər məsuliyyətsizcəsinə danışmaq cəzarətini hələ də özündə görməkdədir”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - görüşmək istəyirsə, Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ