10/06/2023 21:02
728 x 90

Azərbaycan ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırıldığı açıqlandı...

img

Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb. Trend-in məlumatına görə, bunu "Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heydi Kühn bu gün Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciətində deyib.

O, deyib ki, Azərbaycana səfəri çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşidib, onları dinləyib:

"Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb.

Biz minaları təmizlənmək və yenilərinin basdırılmasının qarşısını almaq üçün birləşməli, işləməliyik. Biz insanlıq üçün birləşməliyik".

Peşə etikası

Son xəbərlər