çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistanda yüksək etiraf - gələcəyimiz Azərbaycanla sülhdən asılıdır…

Image


Ermənistanla bağlı hadisələrin inkişaf axarı göstərir ki, daxildən və xaricdən müdaxilə olmasa, bu ölkədəki hakimiyyət Azərbaycanla cari il ərzində sülh sazişini imzalamaqda qətiyyətli yanaşma sərgiləyir. Çünki bilir ki, əks halda Ermənistan adlı dövlətin mövcudluğu sual altına düşəcək. Sözügedən ölkənin baş naziri Nikol Paşinyanın parlamentin iclasında növbəti çıxışı da qeyd edilənlərin təsdiqidir.

Paşinyan bildirir ki, Ermənistan indi doğru seçim etməsə, gələcəyini böyük təhlükəyə ata bilər: “Biz elə bir yerdə yaşayırıq ki, bu torpaq üçün kadastr şəhadətnaməmiz yoxdur”. Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi imzalansa, Ermənistan belə kadastr sənədini əldə edə biləcək. Paşinyan çıxışında müxalifətin – İrəvanın Bakının Qarabağa və anklavlara dair bütün tələblərini yerinə yetirməsi və əvəzində heç nə almaması barədə tənqidini qəbul etdiyini bildirib, amma deyib ki, Ermənistan “de yure” öz torpağının sahibi olmaq şansı qazana bilər: “Biz hamımızmı başa düşürük ki, 30 ildir sevimli vətənimizdə kadastr şəhadətnaməsi olmadan yaşayırıq, Erməni dövləti də özünün çoxminillik tarixində heç vaxt kadastr sertifikatına malik olmayıb? Əgər biz istədiyimizi edə bilsək, tariximizdə ilk dəfə olaraq kadastr sertifikatı əldə edəcəyik və torpağımızın təkcə “de fakto” yox, həm də “de yure” sahibi olacağıq”. Bunun ardınca baş nazir fikirlərini daha sadə dildə izah etməyə çalışıb: “Biz dünyanın elə bir yerində yaşayırıq ki, burada belə düşünən azı bir neçə ölkə var ki, istəsələr bizə deyə bilərlər: yığışın və burdan rədd olun. Onda biz deyə bilməyəcəyik ki, bir dəqiqə gözləyin, kadastr şəhadətnaməmizi göstərək...”. Paşinyan əlavə edib ki, əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dair danışıqlar da təsisatlanmış prosesə çevrilər: “Biz, hamımız, Ermənistan Respublikasının parlamenti öz sakin statusumuzu gücləndirərək kadastr sertifikatı əldə etmək istəyirik və bunun adı beynəlxalq aləmdə tanınan delimitasiyalı və demarkasiyalı sərhədləri olan dövlətdir”. Baş nazirin bu bəyanatını şərh edən Erməni Milli Konqresi sədrinin müavini Levon Zurabyan deyib ki, bunlar mürəkkəb bir halla qarşılaşan və bunu anlaşılan məişət terminləri ilə izah etməyə çalışan primitiv adamın izahatıdır: “Paşinyanın primitivliyi və savadsızlığı Ermənistanı təhlükəyə atır”.

Bununla belə, parlamentdə çıxışı zamanı  Ermənistanın baş naziri Azərbaycanın Qarabağ da daxil 86 min 600 kvadrat kilometrlik sahədə ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. Paşinyan çıxışında bu barədə deyib: “Azərbaycanın çox dəqiq diskursu var. O deyir: əgər siz bizim ərazi bütövlüyümüzü tanımasanız, biz də sizin ərazi bütövlüyünüzü tanımayacağıq və bu söhbət beynəlxalq icmanın qarşısında baş verir. Biz indi qərar qəbul etməliyik. Yaxşı, deyə bilərik ki, biz Azərbaycanın 86.6 min kvadrat kilometrini tanımırıq və bizim fikrimizcə, Azərbaycan 86.6 min kvadrat kilometr yox, 45.7 min kvadrat kilometrdir. Onlar da deyəcəklər: lap yaxşı, bizim fikrimizcə də Ermənistan 29.8 min kvadrat kilometr yox, 8 min 700 kvadrat kilometrdir”. Paşinyanın fikrincə, məsələ belə mübahisəli qalsa, kimin nə qədər əraziyə malik olması “həmin gün KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) hansı əhvalın hökm sürməsindən asılı olacaq”. Paşinyan çıxışında anklavlar məsələsinə də toxunub. O deyib ki, bu məsələnin psixoloji qavranması dəyişdirilməlidir. Onun firkincə bu, sülh şəraitində sırf texniki məsələdir: “Əgər biz həqiqətən də sülhdən danışırıqsa, bu, böyük strateji dərinliyi olmayan yalnız texniki, təşkilati məsələdir. Amma biz müharibədən danışırıqsa, bu çox kəskin məsələdir”. Baş nazir bildirib ki, bu barədə Azərbaycan prezidenti ilə Münhendə və Brüsseldə söhbətləri olub və bu məsələnin siyasi-hüquqi aspektləri var. Paşinyan bildirib ki, bu məsələ ətrafında hələ heç bir razılaşma əldə olunmayıb: “İki həll variantı var. Variantlardan biri: sərhədin o tayında olan anklav o ölkənin ərazisi kimi qalır, bu tərəfdə olan anklav bu ölkənin. Və əgər tərəflərdən biri razılaşmasa, bu da bir məsələdir və hələ heç nə həll olunmayıb, amma əgər, məsələn, Azərbaycanla dəqiq razılaşma olsa, mən gəlib deyəcəyəm ki, biz bu məsələnin həllində dəqiq razılığa gəlmişik. Amma bu mövzuda yekun razılaşma yoxdur, müxtəlif fikirlər, ideyalar var və yeri gəlmişkən, bunların heç biri rədd edilməyib”. Lakin burada xatırladaq ki,  Azərbaycan anklavların geri alınmasında israrlıdır. Belə görünür ki, Ermənistan hakimiyyəti də buna razılıq verməyə meyllidir. Rəsmi Bakı Qarabağ məsələsində birmövqelidir: bunu öz daxili məsələsi sayır və Qarabağda yaşayan ermənilərlə yaranmış münaqişəni hər hansı vasitəçisiz çözmək tərəfdarıdır, eyni zamanda onlara əlahiddə status verilməyəcəyini dəfələrlə bəyan edib. Ermənistan bununla da razılaşır. Lakin ölkə daxilində və xaricində müəyyən qüvvələr buna qarşıdır. Məsələn, müxalifət aksiyalarla Paşinyanı devirməyə çalışır.  Erməni Kilsəsinin Ali Ruhani Şurası bəyanat yayaraq Ermənistan baş nazirinin və hökumətinin mövqeyinin “təhlükəli və qəbuledilməz” olduğunu bildirib. Amma bunlar hələ Paşinyan iqtidarı üçün təhlükəli həddə çatmayıb. Məhz bu şəraitdə Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması da mümkün hesab edilir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ