10/06/2023 20:55
728 x 90

Prezident İlham Əliyev İordaniya kralını Müstəqillik Günü münasibətilə təbrik edib

img

Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Əlahəzrət,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Peşə etikası

Son xəbərlər