10/06/2023 21:08
728 x 90

Paşinyanın "Qarabağ Azərbaycanındır" tanımasına Amerika və Rusiya fərqli reaksiya verdilər...

img

Paşinyanın keçmiş Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ABŞ və Rusiya rəsmi dairələrində fərqli ovqatlar yaradıb...

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın və ABŞ İnkişaf Agentliyinin nümayəndəsi Elizabet Makkinin Konqresin Xarici Əlaqələr Komitəsində səsləndirdiyi fikirləri müqayisə etmək olar.
Mariya Zaxarova heç məmnun ovqatda görünmür. Mariya deyib ki, bu bəyanat Praqa razılaşmasının davamıdır və Azərbaycan-Ermənistan normallaşması üçün yeni çərçivə yaradır... Aşkar hiss olunur ki, "yeni çərçivə" deyilən mətləb nümayəndə üçün ürəkaçan olmayıb.
ABŞ rəsmisi isə belə deyib: "Paşinyan ictimai formada ilk dəfə tanıdı. Bu, Azərbaycanla Ermənistanın müzakirə etdiyi ilk məsələ idi".

İlk məsələdirsə ,demək həlledicidir və davamı gəlməlidir.

Tahir TAĞIYEV

 

Peşə etikası

Son xəbərlər