10/06/2023 21:08
728 x 90

UNESCO Qərbi Azərbaycan İcmasının dediyini dedi - sonra nə edilməlidir...

Tural İsmayılov: “UNESCO Qərbi Azərbaycanın məlum müraciətini qəbul edib və bunun sırf adıçəkilən qurumun mandatında olduğunu bəyan edib, bu isə o deməkdir ki…”

img

Məlum olduğu kimi, UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib. İcmanın yaydığı məlumatda qeyd edilir ki, Qərbi Azərbaycan İcması 27 mart 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqət çəkib və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi.

İcma bu mövzuya beynəlxalq diqqəti cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlarla davamlı təmaslar aparıb.

UNESCO İcmanın müraciətinə cavab verib və indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğunu vurğulayıb. Bu cavab bir daha onu göstərir ki, Qərbi Azərbaycan İcmasının çağırışı dəstəklənir. Maraqlıdır, bundan sonra UNESCO tərəfindən hansı addımlar atılmalıdır?

  • “UNESCO birbaşa Qərbi Azərbaycan ərazisində Ermənistan tərəfindən Azərbaycan milli-mədəni irsinin məhv edilməsinin qarşısını almalıdır, bununla bağlı…”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uzun müddətdir UNESCO Azərbaycanın çağırışlarına birmənalı formada cavab vermirdi. Bugünədək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi çoxsaylı cinayət hadisələrinin dəyərləndirməsində passiv və lazımsız mövqe nümayiş etdirirdi. UNESCO-nun hazırki rəhbəri Odre Azulenin ədalətsiz və prinsiplərdən uzaq olması barədə çoxlu sayda  məlumat yayılırdı. Ancaq Azərbaycan tərəfdən edilən çoxlu müraciətlər nəticəsində UNESCO mövqeyində geri addım atmağa başladı. Hesab edirəm ki, müxtəlif platformalarda Azərbaycanın UNESCO-ya etdiyi müraciətlər nəticəsini verir. UNESCO birbaşa Qərbi Azərbaycan ərazisində Ermənistan tərəfindən Azərbaycan milli-mədəni irsinin məhv edilməsinin qarşısını almalıdır. Bununla bağlı daha işlək mexanizmlər tərtib olunmalıdır.  UNESCO  Qərbi Azərbaycanın məlum müraciətini qəbul edib və bunun sırf adıçəkilən qurumun mandatında olduğunu bəyan edib. Bu isə o deməkdir ki, UNESCO məlum məsələ ilə bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər