ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə Bürosunun rəhbər köməkçisi Erin Elizabet Makki Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığına dair sözlərini irəliləyiş olaraq adlandırıb.
Trend xəbər verir ki, o, bunu Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində mayın 23-də keçirilən dinləmələrdə deyib.
"Ermənistanın baş naziri dörd saatlıq mətbuat konfransında ilk dəfə olaraq ictimai şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, tərəflərin müzakirə etdikləri ilk bənd idi", - o deyib.