çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan hakimiyyət çevrilişi astanasında…

Image


Son günlərdə Ermənistanı yenidən etiraz aksiyaları bürüməkdədir. Aksiyalar müxtəlif motivlər daşısa da, belə görünür ki, radikal qüvvələr bunlardan öz məqsədləri üçün istifadə edib, ölkədə hakimiyyət çevrilişinə nail olmağa çalışır.

Qeyd edək ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanıb. Qayane Akopyanın həbsi ilə bağlı İrəvanın mərkəzində etiraz aksiyası keçirilib. Etirazçılarla polislər arasında toqquşmalar baş verib. Ermənistan ordusunun Azərbaycanla 44 günlük müharibədə məhv edilmiş hərbçilərinin valideynləri artıq Paşinyana qarşı davamlı aksiyaya başlayacaqlarını bildiriblər. Ermənistanın sabiq dövlət başçısı, birinci prezident Levon Ter-Petrosyan xalqa müraciətində bildirib ki, bu gedişlə ölkəni daha acınacaqlı gələcək və partlayış gözləyir. O, Azərbaycanla müharibədə məhv edilmiş erməni əsgərin anasının yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını pisləyib: “Narahatlıq doğuran vəziyyətdir. Oğlunu döyüşdə itirmiş ananın saxlanılması, hətta Ermənistan parlamentinin bədnam spikerinin İrəvanın mərkəzində günorta saatlarında vətəndaşın üzünə tüpürdüyü iyrənc əməldən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin həyasızlığının həddi-hüdudu yoxdur. Belə görünür ki, Ermənistanda daxili siyasi gərginliyin səngiməsi üçün hakimiyyətin məsuliyyəti və qayğısı olmalıdır, lakin gördüyümüz kimi, onlar öz həyasız və uzağı görməyən hərəkətləri ilə gərginliyi daha da artırırlar. Belə davam etsə, ölkəmizi daha acınacaqlı, hətta partlayışlı perspektiv gözləyir. Bunu nəzərə alaraq, eyni zamanda qeyd etməyi zəruri sayıram ki, dövlət məmurlarının ailə üzvlərinə qarşı nalayiq davranışların təzahürləri də yolverilməzdir”. Ermənistan parlamentinin müxalif “Şərəf duyuram” fraksiyasının katibi Tiqran Abramyan isə qeyd edir ki,  barmaqlıqlar arxasında hakim siyasi qruplaşmanın lideri və onun əlaltıları oturmalıdır: “Hakim siyasi qrupun lideri və onun əlaltıları dəmir barmaqlıqlar arxasında olmalıdır, nəinki vətənin müdafiəsi naminə həlak olan hərbçinin anası”. Hesab edilir ki, məhv edilmiş erməni hərbçilərinin valideynlərinin aksiyasından müxalifət maksimal dərəcədə öz lehinə istifadə etməyə çalışacaq. Bununla yanaşı, erməni revanşistlər Gorus rayonunun “Kornidzor” adlandırılan kəndində mitinq keçiriblər. Onlar Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına və  sərhədlərin müəyyənləşdirilməsinə qarşıdırlar. Aksiyada parlamentin müxalif “Hayastan” fraksiyasının deputatları xüsusi fəallıqları ilə seçiliblər. Burada bəyan edilib ki, Paşinyanın Azərbaycanla imzalayacağı istənilən sülh müqaviləsi qeyri-legitim xarakter daşıyacaq.

Cəmiyyətdə revanşist əhval-ruhiyyəni qızışdırmağa çalışan müxalifət müxtəlif məzmunlu aksiyaların davamlı xarakter almasında maraqlıdır. Bununla yanaşı, müxalifət hakimiyyətə gəlmək üçün xaricdən, indiki halda Rusyadan da yardım alacağına ümid bəsləyir. Elə bu fonda Ermənistanın “Past” nəşri yazır ki, Emənistanda hakmiyyət çevrilişi istisna olunmur: “Məlumata görə, danışıqlar prosesi ilə paralel olaraq müxtəlif platformalarda başqa diqqətçəkən müzakirələr də gedir. Diplomatik mənbələrdən alınan məlumatlara görə, mümkün Ermənistan-Azərbaycan razılaşmasının maraqlı mərkəzləri, xüsusən də Qərb sənədin imzalanmasından sonra Nikol Paşinyanın hakimiyyətdə qalması məsələsinin çox ciddi problemə çevrilə biləcəyini anlayaraq, bu günlərdə alternativ, “ehtiyat” variantının müzakirəsi ilə bağlı fəallıq nümayiş etdirir. Həmin mərkəzlər başa düşürlər ki, müqavilə imzalananda sonra Paşinyanı hakimiyyətdə saxlamaq nəinki qeyri-mümkün ola, həm də məqsədəuyğun olmaya bilər. Buna görə də onlar “B planı” tapmağa çalışırlar. Eyni mənbələrə görə, bu gün Paşinyanın dəyişdirilməsi məsələsi həm də öz siyasi maraqlarını qorumaq və onları sona qədər irəli aparmaq, gələcəkdə regional proseslərdən kənarda qalmamaq baxımından əsasdır. Müvafiq olaraq, bir neçə mümkün namizəd müzakirə edilir ki, onlar da təbii olaraq Qərb qanadına aiddir. Yeri gəlmişkən, namizədlər arasında Paşinyanın komandasının bəzi nümayəndələri ilə yanaşı, hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların da olduğu barədə məlumatlar var. Əldə etdiyimiz məlumata görə, Moskvada da bu mövzuda oxşar müzakirələr olub”. Siyasi təhlilçi Geqard Mansuryan qeyd edir ki, Paşinyan hökumətinin siyasəti iflasa uğrayıb və əleyhdarları bundan istifadə etməyə çalışırlar: “Paşinyan iqtidarı Qərbə olan qeyri-real ümidi və saxtakar hərəkətləri ilə Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin narazılığına səbəb olub. Ermənistanın üzv olduğu yeganə ciddi təhlükəsizlik sazişini itirib. 2018-ci ildə Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra qərbləşməyə əsaslanan liberalizm nəzəriyyəsi Ermənistanın siyasi arenasını dəyişdirib. 2020-ci ildə Azərbaycanın iki strateji müttəfiqi olan Türkiyə və İsrailin köməyi ilə Qarabağı azad etməsi və 2020-ci il noyabrın 10-da atəşkəs haqqında saziş imzalaması faktiki olaraq Ermənistanın daxili və xarici siyasətinə təsir edib. Azərbaycan və Türkiyə ilə daimi sülhə doğru irəliləyən Paşinyan qeyri-müəyyənlik aurasındadır. Sadə dillə desək, idealist yanaşma ilə o, diplomatiyasında heç bir nailiyyət qazanmayıb. Mövcud vəziyyətin dəlilləri Nikol Paşinyan hökumətinin siyasətinin iflasa uğradığını, Ermənistanın və onun strateji müttəfiqi olan Rusiyanın mövqeyinin Qafqaz regionu və beynəlxalq aləmdə zəiflədiyini açıq şəkildə ifadə edir. Qərbin məqsədi Rusiyanı Cənubi Qafqaz regionunda uzun müddətdir olduğu təcrid vəziyyətindən çıxarmaq və İranın həmin regionda nüfuzunun genişlənməsinə qarşı çıxmaqdır. Paşinyanın Qərb siyasətinin həyata keçirilməsi istiqamətində atdığı addım və ağılsız hərəkətləri isə Ermənistanın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təhlükə altına alıb, Ermənistanın mövcudluğunu belə təhlükə altına qoyub". Bununla yanaşı o da vurğulanır ki, indiki vəziyyət Paşinyan iqtidarının özü üçün də ciddi təhdid yaradıb.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ