çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İran molla rejimi Cümhuriyyət dəyərlərimizə çamur atdı - fahişəxanalar...

Image


Molla rejimi tərəfindən yaradılan “Azərbaycan tarixi” Teleqram kanalı Azərbaycan xalqını, tarixi dəyərlərimizi, tarixi şəxsiyyətlərimizi təhqir etməklə, onlar barədə əks fikirlər yaymaqla məşğuldur.

Bu kanalın əsas hədəflərindən biri müsəlman Şərqində ilk demokrtik respublika olan Azərbaycan Xalq Cumhuriyyətini (AXC), onun liderlərini, xüsusən də Məhəmməd Əmin Rəsulzdəni qaralamaq, bu şanlı tarix barədə yanlış təsəvvürlər formalaşdırmaqdır. Müstəqil Azərbaycanın varlığını gözü götürməyən molla rejimi 1918-ci ildə qurulan Cumhuriyyəti də həzm edə bilmir. Azərbaycan dövlətinin sağlam təməllər üzərində qurulması, öz tarixi keçmişinə sahib çıxması, özünü Cumhuriyyətin varisi elan etməsi mollakratiyanı bərk narahat edir.  Ona görə də cumhuriyyətlə bağlı hədyanlar danışırlar, yalan məlumatlar yayırlar. Məsələn, uzun müddətdir ki, Cumhuriyyəti hədəfə alan bu teleqram kanalının adminləri mollaların əbasının altında gizlənib Cumhuriyyətə çamur atmaqla məşğuldur. Böhtançı kanal Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu M.Ə.Rəsulzadəni qaralamaqdan əl çəkmir. İddia edir ki, guya “ADR zamanında leqal əxlaqsızlıq yuvaları” açılıb (?). Hansısa qondarma vinson.az saytına “istinad” edən mollabaşlar anti-Azərbaycan, anti-türk təbliğatını həyata keçirmək üçün bu cür biabırçılıqlardan istifadə edir. Cumhuriyyətə, onun liderinə şər atan molla rejimi özünü gülünc vəziyyətdə qoyur... Kanal iddia edir ki, guya “ingilislər Bakıya ayaq basdıqdan 3 ay sonra, 27 fevral 1919-cu ildə fahişəxanaların açılması və fahişəliyin leqallaşdırılması barədə qanun qəbul etdilər...”

“İngilislərin Azərbaycanda açdığı leqal fahişəxanalar...” adı verdikləri üzdəniraq cızma-qarada iddia olunur ki, guya ADR höküməti 16 noyabrda General Thomsona “ingilis ordu birliklərini qəbul etmək və Bakıda yerləşdirmək üçün bütün addımların atıldığını” məruzə etdikdən sonra 17 noyabr günü ingilis qüvvələrinin Azərbaycana girməsinə heç bir problem qalmadı: “Hökümət bu qərarı gizli iclasda qəbul etmişdi və 17 noyabr səhəri bütün vətəndaşlarımızı ingilis ordusunu “dostanə” bir şəkildə qəbul etməyə çağırdı... Amma General Thomson vəziyyətin əleylərinə dəyişəcəyi ehtimalını nəzərə alaraq, İngiltərənin İranda işğal edilən ərazilərə polis nəzarəti rəisi Col Cockerell’i də Bakıya dəvət etdi. Col Cockerell ingilis müstəmləkə maşınının aparıcı “sürücülərindən” və müstəmləkə edilmiş ərazilərə təyin edilən xüsusi nəzarətçilərindən idi... Bakı limanına daxil olan ordunun tərkibində, 800 nəfəri hind olmaqla, 1800 ingilis əsgəri, həmçinin fransız və amerikan nümayəndələri də var idi. Ordunu ADR höküməti rəsmiləri qəbul etdi. Mərasimdə çıxış edən Xarici işlər nazirinin birinci müavini Adil Xan Ziyadxanov Azərbaycan xalqı adından belə dedi;“Qədim mədəniyyətə sahib Avropa millətlərinin uca və müqəddəs hədəflər naminə xalqımızı da öz aralarına qəbul edəcəklərinə sarsılmaz şəkildə ümid bəsləyirik...” Cavabında isə ingilis generalı belə cavab verdi; “İngilis, fransız və amerikan müttəfiq qüvvələrinin nümayəndəsi və komandanı olaraq sizi təbrik edirəm. Osmanlı ilə bağlanan müqaviləyə əsasən türk ordusundan nəzarəti təhvil aldığımızı bildirirəm...”

İngiltərə höküməti ilk gündən etibarən Abşeron petrol yataqlarının ingilis əsgərləri nəzarətində olacağını açıqladı. Bütün Azərbaycan vətəndaşlarına petrol rezervlərinə 16 km radiusdan yaxınlaşmaq qadağan idi.

Həmçinin yalnız ingilislər kimisə siyasi məhbus kimi həbs edə və hər hansı bir qəzetin nəşrini dayandıra bilərdilər”.

Bu kanal heç bir tarixi fakta, sənədə istinad etmədən bizə ləkə atır.

  • “Mollalar “siğə” adı altında qeyri-əxlaqi işlər görülməsinə rəvac verirlər ki, bu da insanlığa ziddir”

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə danışan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi icmalçı Faiq Ələkbərli “Özünü İran İslam Respublikası adlandırlan şovinist fars molla rejiminin Azərbaycan dövlətinə, Azərbaycan türklərinə qarşı hər cür böhtanlar atması səbəbsiz deyil. Bütün bu böhtanların arxasında dayanan əsas məsələ məhz Azərbaycanın və türklüyün varlığıdır. Çünki şovinist molla fars rejimi üçün qəbul edilməz iki məsələ var: onlardan biri Azərbaycançılıq, digəri isə türklük məsələsidir. Bu iki məsələni qəbul etmirlər və əllərindən gələni edirlər ki, məhz bu iki ideyaya qarşı çıxsınlar. Biz bilirik ki, Məhəmməd Əmin Rəsulzadə iranlılığa qarşı azərbaycanlılığı, farslığa qarşı türklüyü irəli sürüb. 1918-ci ilin 28 mayında yeni yaranmış türk dövlətinə Azərbaycan adının verilməsi ariyançılar, İrançılar üçün ciddi bir zərbə olub. Onların Azərbaycanı,  azərbaycançılığı, türkçülüyü, cumhuriyyəti və Rəsulzadəni hədəfə alması yeni məsələ deyil, 100-120 il bundan əvvələ diqqət yetirsək görərik ki, məhz aryançılar, İrançılar Azərbaycana və Türkiyəyə qarşı böyük bir hücuma keçiblər. Təbii ki, onlar bunu təkbaşına etmədilər. Qacarların son dönəmində prosesə başladılar, bu zaman da əsas hədəfləri türklük və Azərbaycan olub. Ona görə də, Azərbaycan Cumhuriyyətinə atılan çirkabın  mahiyyətində Azərbaycanın, türklüyün varlığını həzm edə bilməmək dayanır. Bu gündən baxanda görürük ki, Cumhuriyyət demokratk, sivil, dünyəvi bir dövlət olub. Bu gün Cumhuriyyətin varisi kimi çıxış edən Azərbycan respublikası da bu yolu davam etdirir. Molla rejimi bizə qarşı öz çirkin niyyətlərini bildirmək üçün Cumhuriyyətə böhtanlar atır. Pəhləvilər dönəminə və indiki Tehran rejiminə baxdıqda görürük ki, onların mahiyyətində qeyri-əxlaqi məsələlər yer tutub, tutmaqda da davam edir. Pəhləvilər “demokratik” donu geyərək öz mahiyyətini zərdüştlük, ariançılıq ruhunda ifadə etdilər. Onlar gördülər ki, zərdüştülüklə, ariançılıqla qəsb etdikləri hakimiyyəti davam etdirə bilməyəcəklər, yenidən məhzəbçiliyə, yaxud sözdə islam dininə qayıtdılar. Əslində İran İslam rejimi dövründə də Pəhləvilər dönəmindən fərqlənməyən, sadəcə başqa bir maksa altında, şiəçilik, islam donunda yenə də Dəccallıq etdilər. Fars ənənələrin davam etdirilməsi üçün əllərindən gələni etdilər. Zərdüştlər dönəmində mövcud olan bəzi iyrənclikləri Pəhləvilər dönəmində dirçəltmişdilər. Bu onların mahiyyətidir”.

F.Ələkbərli dedi ki, Güney Azərbaycan türkləri və başqa türk xalqları tarixən qeyri-əxlaqi məsələlərdən uzaq durub, onlar türklüyə və islama xidmət ediblər. Azərbaycan türkünə, Cumhuriyyətinə böhtan atanların qeyri-əxlaqi mahiyyəti tarixən bizə məlumdur deyən F.Ələkbərli bildirdi ki, bu çamur bizə yapışa bilməz, çünki biz xalq olaraq ənənələrimizi, əxlaqi dəyərlərimizi yaşadırıq.  “Azərbaycanlıların, türk xalqının əxlaqı öz ali keyfiyyətinə, yüksək dəyərinə görə hər zaman özünəməxsusluğu ilə seçilib. Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat”dakı məqalələrində bu ariyançılara, İrançılar üzünü tutub deyirdi ki, bizlərlə sizləri birləşdirən ancaq isalam dinidir, yoxsa siz deyirsiz ki, zərdüştizmə, Sasani, Əhəmənilər dövrünə qayıdaq, o zaman sizinlə bizim aramızda heç nə qala bilməz. Çünki Əli bəy Hüseynzadə bilirdi ki, onların qayıtmaq istədiyi Zərdüştlük, Sasani və Əhəmənilər dövrü məhz qeyri-insani, qeyri-əxlaqi məsələlərlə bağlıdır. Farslar məhz türklərlə və başqa millətlərlə, o cümlədən də islam dini ilə qaynayıb-qarışdıqdan sonra qeyri-insani, qeyri-əxlaqi məsələlərdən müəyyən qədər uzaq durmağa başladılar. Dediyimiz kimi, Pəhləvilər dönəmində keçmişə qayıdıb tarixlərində olan əxlaqsızlığı dirçəltməyə çalışırdılar. O zaman Əli bəy Hüseynzadə deyirdi ki, siz keşmişinizə dönsəniz o zaman farslarla türkləri bir dövlətdə, bir arada tutacaq heç şey yoxdur. Onlar 1979-cu ildə sözdə islama, şiəliyə qayıtdılar, amma yenə də mahiyyətləri dəyişmədi. Bu baxımdan demək istəyirəm ki, Azərbaycan Xalq Cumhuriyyətinə iftira atan, qaralama kampaniyası aparan fars molla rejimi özü bu çirkin məsələlərin daşıyıcıdır. Mollalar “siğə” adı altında qeyri-əxlaqi işlər görülməsinə rəvac verirlər ki, bu da insanlığa ziddir. Bu rejim günlük, həftəlik siğələr edilməsinə şərait yaradır.  Təbii ki, əsl türklər və əsl müsəlmanlar heç zaman qədim fars adət-ənənələrinə uymayıblar, o yolu getməyiblər. Bu gün də, gələcək də həm milli, həm bəşəri, həm də dini anlamda Cumhuriyyətlə, Cumhuriyyətin dəyərləri ilə bağlıdır. Amma molla rejiminin nə bu günü, nə də gələcəyi var. Məhz bunu bildikləri  üçün belə böhtanlar atırlar. Cumhuriyyət dəyərləri şovinist fars molla rejiminin dəyərlərinə qalib gələcək”-deyə F.Ələkbərli qeyd etdi.

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ