Bu şüar-çağırış yəqin ki, Ermənistanın ən yeni siyasi tarixində qalacaq, xatırlanacaq. Müharibədə ölmüş erməni hərbçilərinin etirazları fonunda bu şüarı gündəmə baş nazir Paşinyanın opponentləri daşıyıblar... Ermənistan mediasında gen-boluna fırladılır... Nikol və Aşot deyərkən Nikol Paşinyanı və son günlər xeyli "məşhurlaşmış" oğlu Aşotu nəzərdə tuturlar.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Erməni anaları ya həqiqətən hələ dərk etmirlər ki, onların uşaqlarının ölümünə baiskarların ilk sırasında keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyan dayanır, ya da kimlərinsə sifarişini icra edirlər. Nikol Paşinyan sonrakı sıralardadır. Azərbaycanın torpaqlarında ölən erməni hərbçilərini və qeyri-formalları bu torpaqlara Köçəryanlar, Sarkisyanlar məcburən və aldadaraq gətirmişdilər. İrəvana meyitləri və ya şikəst bədənləri qayıtmalı idi, qayıtdı da... Nikol Paşinyan bu hadisəni sadəcə tezləşdirdi, Nikollu Nikolsuz, bu hadisə bütün hallarda baş verəcəkdi və Köçəryan-Sarkisyan avantürasının Azərbaycan torpaqlarına daşıdığı erməni hərbçiləri qovulacaqdı, ölü, ya diri...
"Erməni anaları! Uşaqlarınızı sevməyiniz azdır, onları həm də tərbiyə edin ki, Köçəryanların, Sarkisyanların avantürasına bir daha uymasınlar və Azərbaycan torpaqlarına gəlməsinlər"...
Tahir TAĞIYEV