çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Rusiya Bakı-İrəvan sülh sazişinə fokuslandı – Lavrov şərtlər sadaladı, “çətin olacaq” dedi…

Image


Mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.

Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında təkbətək görüş olub, daha sonra tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.

Həmin gün Lavrovla Mirzoyan arasında da ikitərəfli görüş olub.

S.Lavrov Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O bildirib ki, bütün məsələlərin həllində məhz bu bəyanatlar həlledici rol oynamalıdır: “Bu, sülh müqaviləsinə, kommunikasiyaların açılmasına, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına aiddir. Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”.

XİN rəhbəri onu da qeyd edib ki, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqları var və tarixən burada rola malik olub. Onun sözlərinə görə, rəsmi Moskva regionda sülh və sabitliyin tam bərqərar olmasına töhfə verməyə hazırdır.

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşdən sonra Lavrov deyib ki, "Ümid edirəm, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa dialoq əlavə nəticələr əldə etməyə imkan verəcək".

"Təklif edərdim ki, üçtərəfli formatda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə bütün məsələlər kompleksi nəzərdən keçirilsin və Rusiyanın malik olduğu, köməklik etmək üçün istifadə edə biləcəyimiz imkanlar nəzərə alınmaqla gələcək addımlar razılaşdırılsın", - o deyib.

Rusiya xarici işlər naziri üçtərəfli bəyanatlarda mahiyyətcə davamlı həllərə nail olmaq üçün yol xəritəsinin olduğunu qeyd edib.

"Cənubi Qafqaz ətrafındakı vəziyyəti təhlil etdik. Hesab edirəm ki, liderlərimizin razılaşmalarına alternativ yoxdur. Regionda sülhün və sabitliyin hökm sürməsində bütünlüklə maraqlıyıq. Bu, Rusiyanın maraqları ilə birbaşa olaraq əlaqəlidir və biz vəziyyətin stabilləşməsi ilə bağlı qərarların icrasına hər vasitə ilə nail olmağa çalışacağıq", - o deyib.

Lavrov daha sonra deyib ki, Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələri açılmalıdır və əlbəttə ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni razılaşdırılmalıdır. Sülh sazişi üzərində aktiv şəkildə işlər görülür.

O, həmçinin "ikinci yol" adlanan xətt üzrə ekspertlərin, ictimai təşkilatların və parlamentarilərin əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

"Təcrübə bunu göstərir və hesab edirəm ki, bu etimadın möhkəmlənməsi üçün əlavə addım qismində olduqca mühümdür", - o deyib.

C.Bayramov deyib ki, Azərbaycan mütəmadi olaraq Ermənistanla postmünaqişə dövründə münasibətlərin normallaşmasının tərəfdarı olub.

"Postmünaqişə dövründə normallaşma müxtəlif istiqamətlərdən ibarət prosesdir. Biz bütün istiqamətlər üzrə paralel çalışmağın tərəfdarıyıq", - o deyib.

C.Bayramov ötən ilin sonlarından danışıqlar prosesində müəyyən durğunluğun müşahidə olunduğunu qeyd edib.

"Prinsipcə may ayından başlayaraq dinamikanın ardıcıl və müsbət xarakter daşımasını çox müsbət qiymətləndiririk. Artıq rəhbərlik səviyyəsində görüşlər keçirilib və sülh sazişi üzrə danışıqlar aparılıb. Hesab edirik ki, bugünkü danışıqlar da məhsuldar olacaq və bir daha bütün məsələlər spektrinin üzərindən keçməyə imkan verəcək. Təbii ki, ikitərəfli əsasda erməni nümayəndə heyəti ilə sülh sazişi ilə bağlı müzakirələri davam etdirmək də yaxşı imkandır", - Azərbaycanın xarici işlər naziri deyib.

Mümkün sülh müqaviləsi layihəsində bir neçə bənd üzrə razılıq əldə edilib. Bunu isə  Mirzoyan Ceyhun Bayramov və Sergey Lavrovun da iştirakı ilə Moskvada keçirilən üçtərəfli görüş zamanı deyib.

Erməni diplomat onu da əlavə edib ki, bununla yanaşı regionda kommunikasiyaların açılması, sərhədlərin 1991-ci il “Alma-Ata Bəyannaməsi”na əsaslanan sonrakı delimitasiya prosesində də irəliləyişlər var.

Üçtərəfli görüşdən sonra Lavrovun bu açıqlaması da maraqlı olub. O deyib ki, sülh sazişi ayrıca mövzudur. Tərəflər onun üzərində işləməyə başlayıb.

"Hazırda o həmçinin digər vasitəçiləri də cəlb etməklə aktiv şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər etdilər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə bundan əvvəl Brüsseldə görüşdülər. Sülh sazişi üzərində iş şübhəsiz əsasdır. Lakin bu gün tərəfdaşlarımız təsdiqlədilər ki, demilitasiya, nəqliyyat və iqtisadi əlaqələri açmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində vəziyyət ümumi yaxşılaşmadan sülh sazişinin konkret aspektləri üzrə irəliləmək çətindir", - o deyib.

Lavrov qeyd edib ki, həmkarları liderlərin adıçəkilən üçtərəfli bəyanatları və qeyd olunan istiqamətlərin hər biri üzrə davam edən əlaqələr üzrə həyata keçirilən ümumi səylərdəki aparıcı roluna görə Rusiya tərəfinə minnətdarlıq ediblər.

Sonra Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

Bizi izləyin, ikitərəfli görüşdən analitik xəbərlərimizi davam etdirəcəyik.

Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ